Bazar günü günü, 08 noyabr 2026
     

İkinci Dünya müharibəsindən sonra rus və alman tankları Ukraynada yenidən üz-üzə...

Image


Ukraynada davam edən qanlı müharibə kontekstində son günlərdə geniş müzakirə mövzusu olan məsələlərədən biri də Qərbin Kiyevə müasir tanklar göndərməsi ilə bağlıdır. Hazırda Ukrayna Qərbdən “Leopard” tanklarını almağa çalışır. Lakin bunun üçün əsas şərt Almaniyanın razılığıdır.

Belə bir vaxtda Almaniyanın hərbi sənaye konserni “Raynmetall” bəyan edib ki, hökumət icazə verən kimi 139 “Leopard” tankını Ukraynaya təhvil verməyə hazırdır. Bununla belə, onlardan yalnız əllisi müasir “Leopard 2” olacaq və onların əksəriyyətini bir ildən tez tədarük etmək mümkün olmayacaq. Konsernin sözçüsü Almaniyanın “RND” media qrupuna bildirib ki, şirkət bu ilin aprel-may aylarında “dairəvi mübadilə” üçün nəzərdə tutulan 29 “Leopard 2A4”ü təhvil verməyə hazır olacaq. Onun sözlərinə görə, eyni modifikasiyalı daha 22 “Leopard”ın təmiri təxminən bir il çəkəcək və onlar 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində təhvil veriləcək. Bundan əlavə, “Raynmetall” daha 88 köhnə “Leopard 1”i çatdıra bilər. Onların istismara hazır olub-olmaması və ya hazır deyilsə, nə vaxt hazır olacaqları barədə sözçü məlumat verməyib. Almaniyanın xarici işlər naziri Annalena Berbok isə digər ölkələrdən sözügedən tankın Ukraynaya göndərilıməsinə ölkəsinin razılığını mümkün hesab edib: “Varşava Almaniya istehsalı olan “Leopard 2” tanklarını Kiyevə göndərsə, Berlin buna müdaxilə etməyəcək”. Nazirə Polşanın Ukraynaya Almaniyanın icazəsi olmadan “Leopard 2” tankları versə nə baş verəcək sualı ünvanlanıb. Xanım diplomatın cavabı lakonik olub: “Hazırda bu sual verilməyib, lakin bizə verilsəydi, biz mane olmazdıq”. Qeyd edək ki, “Leopard 2” tankının ixrac lisenziyası mövcuddur və buna görə digər ölkələr öz tanklarını Ukraynaya göndərmək üçün Almaniyadan icazə almalıdırlar. Polşanın baş naziri Mateusz Moraşieki bildirib ki, təmsil etdiyi hökumət icazə üçün Berlinə müraciət edəcək. O əlavə edib ki, hətta bununla bağlı Almaniya ilə ortaq məxrəcə gəlinməsə belə, Polşa tankları Ukraynaya göndərəcək: “Əgər kiçik koalisiya çərçivəsində bu məsələdə konsesusa gələ bilməsək, biz digər texnikalarla birlikdə tankları Ukraynaya göndərəcəyik”. Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Cosep Borrell “Leopard” tanklarının ixracı ilə bağlı Almaniyanın digər Avropa İttifaqı ölkələrinə qadağa qoymayacağını bildirib. Avropalı rəsmi vurğulayıb ki, Ukraynaya dəstək sadəcə tanklarla məhdudlaşmamalıdır. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba isə BBC-yə müsahibəsində “Leopard” tanklarını göndərmək istəyən ölkələri dərhal və rəsmi şəkildə Almaniya hökumətinə müraciət etməyə çağırıb: “Bu addım bütün vəziyyəti aydınlaşdıracaq və bizə Almaniyanın mövqeyini görməyə imkan verəcək. Bunu dərhal etmək lazımdır”. Kuleba Almaniyanın tankları göndərəcəyinə əmin olduğunu bildirib: “Biz artıq Britaniyanın "Challenger"lərini almışıq. Onlar bunun mümkün olmadığını deyirdilər. Sonda həmişə arzuladığımız nəticəni əldə edirik. Almaniya tanklarını da alacağıq”.

İlk olaraq Polşa tərəfindən alman tanklarının Ukraynaya çatdırılması gözlənilir. Ötən həftə baş nazir Mateusz Moraşieki Polşanın 14 ədəd “Leopard 2” tanklarını Kiyevə verməyə hazır olduğunu açıqlayıb. Polşa prezidentinin xarici siyasət üzrə müşaviri Marsin Przydaz bazar Almaniyanın xarici işlər nazirinin açıqlamasını müsbət qarşıladığını, lakin Almaniyanın yekun qərarının Kansler Olaf Şholzun dilindən eşitmək istədiyini vurğulayıb. Polşa istəyir ki, Berlin və NATO-da yer alan digər müttəfiqlər də öz “Leopard” tanklarını Ukraynaya göndərsinlər, çünki rəsmi Varşava 14 “Leopard” tankının Ukraynadakı döyüşlərə ciddi təsir etməyəcəyini düşünür. Bu arada, Rusiya Dumasının spikeri Vyaçeslav Volodin ABŞ və NATO-nun Ukraynaya dəstəyinin dəhşətli müharibə risqi yaratdığını bildirib. O əlavə edib ki, Ukrayna ona verilən silahlarla Rusiya ərazilərini ələ keçirmək və sivil şəhərləri hədəf almaqda istifadə edə bilər ki, bu da Kremli daha güclü silahlardan istifadə etməyə vadar edər. Onu da qeyd edək ki, “Leopard 2” tankları Rusiyanın Ukrayna ərazilərinin işğalında istifadə etdiyi T-90 tankları ilə rəqabət aparmaq üçün hazırlanıb. Ehtimallara görə, dünyada 2 mindən çox “Leopard” tankı var və Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı məğlub etmək üçün 300 “Leopard 2” tankına ehtiyac olduğunu bildirib. Mövcud qanunvericiliyə görə, Almaniya istehsal etdiyi tankların Polşa kimi digər ölkələr tərəfindən üçüncü dövlətə ixracına sanksiya tətbiq etməlidir. Bu fonda Ukraynaya yardım edən  50 müttəfiq ölkənin birgə iclasından sonra Almaniya tank təchizatı ilə bağlı və ya ixrac lisensiyası barədə hər hansı açıqlama verməyib. Lakin görüş çərçivəsində ölkələr birmənalı şəkildə tank ixracının qadağan edilməsinə qarşı olub. Estoniya, Latviya və Litva xarici işlər nazirləri birgə bəyanat yayaraq, Almaniyanı dərhal Ukraynanı “Leopard” tankları ilə təchiz etməyə çağırıb. Dünya silah sinfinin ən üst modellərindən olan “Leopard 2” tankları onlarla ölkənin hərbi arsenalında mövcuddur. Ukrayna bu tankları Rusiya qüvvələrinə qarşı müdafiə gücünü artırmaq baxımından vacib element kimi görür. “Leopard” tanklarından Əfqanıstan və Suriyada döyüş əməliyyatlarında istifadə olunub. Bu tankı Ukrayna üçün cazibəli edən əsas məqam ondan ibarətdir ki, istehsal edilən “Leopard”ların təxminən üçdə ikisi Avropadadır. Ona görə də Kiyev hesab edir ki, “Leopard” tanklarını müharibəyə cəlb etmək daha asandır. Bundan əlavə, “Leopard” tanklarının döyüşə hazırlığı və təmiri çox asandır. Bu arada Almaniyanın Ukraynaya həyati əhəmiyyətə malik IRIS-T və “Patriot” yer-hava raketləri kimi hava hücumundan müdafiə sistemləri, eləcə də zirehli transportyorlar verdiyini də qeyd olunmalıdır. Ancaq o da vurğulanmalıdır ki, Olaf Şolz ənənəvi olaraq Almaniyanın hərbi münaqişələrə cəlb olunmasına şübhə ilə yanaşır və bu addımın Rusiya tərəfindən eskalasiyaya səbəb olacağından narahatdır. Amma bugünədək Ukraynaya 14 “Challenger 2” tankı göndərən Böyük Britaniya da daxil olmaqla, digər Avropa ölkələri də Kiyevi tankla təchiz etməyə söz verib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ