07/02/2023 12:48
728 x 90

Rusiya Estoniya ilə münasibətləri aşağı saldı, səfirə isə qapını göstərdi - Ölkəni tərk et!

img

Rusiya Xarici İşlər Nazirliyi anti-Rusiya kampaniyasına görə, Estoniya ilə münasibətləri müvəqqəti işlər vəkili səviyyəsinə endirmək qərarına gəldiklərini bəyan edib. Estoniyanın Rusiyadakı səfirindən isə fevralın 7-dək ölkəni tərk etməsi tələb olunub.

Bildirilir ki, Estoniyanın Rusiyadakı səfiri Marqus Laydre Xarici İşlər Nazirliyinə çağırılıb. Estoniya hökumətinin Rusiya əleyhinə hərəkətləri ilə bağlı səfir Laydreyə etiraz bildirilib və ona Rusiyanı tərk etməsi üçün fevralın 7-dək vaxt verilib.

"Estoniya tərəfindən Rusiyanın Tallindəki səfirliyinin işçilərinin sayının azaldılması da daxil olmaqla yeni düşməncəsinə qərar qəbul edilib. Bu, ölkələr arasında münasibətlərin çökdüyünü göstərir. Estoniyanın bu qərarına cavab olaraq Rusiya tərəfindən münasibətlərin müvəqqəti işlər vəkili səviyyəsinə endirilməsi qərara alınıb.

Rusiya və Estoniya münasibətlərində yaranmış bu vəziyyətə görə məsuliyyət tamamilə Estoniya tərəfinin üzərinə düşür.

Biz Estoniya administrasiyasının düşmən addımlarına cavab verməyə davam edəcəyik" - Rusiya XİN-in açıqlamasında deyilir.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər