07/02/2023 12:12
728 x 90

Rusiyadan şok iddia - ABŞ-dan narazı ölkələrin NATO-ya qarşı hərbi ittifaqı...

img

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-dan bezmiş ölkələrin NATO-ya qarşı yeni hərbi ittifaq yarada biləcəyini iddia edib.

Medvedev Almaniyanın Ramşteyn aviabazasında 50-dən çox ölkənin müdafiə nazirlərinin Ukraynaya silah, xüsusilə də tankların tədarükü məsələsini müzakirə etdiyi iclasın nəticələrini dəyərləndirib.

"Ramşteyndəki görüş və Kiyevə ağır silahların tədarükü düşmənlərimizin bizi yormağa, daha doğrusu, çox uzun müddət məhv etməyə çalışacaqlarına heç bir şübhə yeri qoymur. Kifayət qədər silahları da var. Lazım gələrsə, yenisini də istehsal etməyə başlayarlar. Ona görə də illüziyalara qapılmağa ehtiyac yoxdur" - Medvedev deyib.

“Sputnik” xəbər verir ki, mövcud vəziyyəti şərh edən Medvedev daha sonra deyib: "Birincisi, çox çətin olacaq. İkincisi, uzunmüddətli qarşıdurma halında, günün birində amerikalılardan bezmiş ölkələr yeni hərbi ittifaq yaradacaq. Bu, bəşəriyyət tarixində uzun müharibələr zamanı həmişə baş verib".

Mümkün yeni ittifaq yarandıqdan sonra ABŞ-ın nəhayət köhnə Avropanı və bədbəxt ukraynalıların qalıqlarını bir kənara atacağını deyən Medvedev bildirib ki, beləliklə, dünya yenidən tarazlıq vəziyyətinə qayıdacaq.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər