Bloomberg Milyarderlər indeksinə əsasən, “China Evergrande” daşınmaz əmlak şirkətinin prezidenti Hui Ka Yanın sərvəti 93 faiz azalıb. Asiyanın ikinci ən zəngin adamı olan Huinin 2017-ci ildəki 42 milyard dollar sərvətinin təxminən 3 milyard dollara qədər gerilədiyi bildirilib.
“Evergrande” 300 milyard dollarlıq öhdəliyi ilə Çinin daşınmaz əmlak problemlərinin mərkəzində dayanır. Hui çətin vəziyyətdə olan şirkətini qurtarmaq üçün şəxsi sərvətini, evlərini və şəxsi təyyarələrini satıb. Ancaq bütün bunlar şirkəti qurtarmaq üçün kifayət etməyib.
“Evergrande”nin təxminən 200.000 işçisi var. Analitiklər uzun müddətdir ki, “Evergrande”nin dağılmasının Çinin daşınmaz əmlak bazarı üçün daha geniş risqlərə səbəb ola biləcəyindən, ev sahiblərinə və daha geniş maliyyə sisteminə zərər verə biləcəyindən narahatdırlar.
Hui son vaxtlar böyük sərvət itirən yeganə şəxs deyil. Tesla, SpaceX və Twitterin sahibi Elon Musk da son 1 ildə 182 milyard dollar sərvət itirib.
Tahir TAĞIYEV