Rusiyanın “Vaqner” hərbi şirkətinin sahibi Yevgeni Priqojin Ağ Evə məktub göndərib.
Priqojin Ağ Evə yazdığı qısa məktubda Birləşmiş Ştatlardan “Vaqner”in hansı cinayəti törətdiyi” ilə bağlı ittihama aydınlıq gətirməsini istəyib.
ABŞ Maliyyə Nazirliyinin “Vaqner “qrupunu “beynəlxalq cinayətkar təşkilatı” kimi tanıması qərarı ilə bağlı Ağ Evə məktub göndərən Priqojin bunu ictimaiyyətlə də bölüşüb.
Məktubda “Hörmətli cənab Kirbi, “Vaqner”in hansı cinayəti törətdiyini izah edə bilərsinizmi?” deyə sual edilir.
ABŞ seçkilərinə müdaxilə etdiyi üçün bu ölkədə axtarışa verilən Priqojin “Vaqner”i öz raketləri, artilleriyası və təyyarələri olan müstəqil güc kimi xarakterizə edib.
Xatırladaq ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ Maliyyə Nazirliyinin “Vaqner”i “beynəlxalq cinayətkar təşkilatı” kimi tanıyacağını və tətbiq olunacaq sanksiyaların təşkilatın beynəlxalq arenada fəaliyyətini məhdudlaşdırmağa kömək edəcəyini deyib. Kirbi bunun digər ölkələrin də oxşar addımlar atmasına kömək edəcəyini sözlərinə əlavə edib.
Tahir TAĞIYEV