ABŞ prezidenti Co Baydenin ABŞ-ın Delaver ştatının Vilminqton şəhərindəki iqamətgahında aparılan axtarışlar nəticəsində daha 6 məxfi sənəd aşkarlanıb.
ABŞ Ədliyyə Nazirliyinin (DoJ) müstəntiqləri Baydenin iqamətgahında təxminən 13 saat davam edən axtarış aparıblar. Baydenin vəkillərinin verdiyi açıqlamada, axtarışlar zamanı 6 yeni məxfi sənədin tapıldığı bildirilib.
Sənədlərin bəzilərinin Baydenin senator olduğu dövrə, bəzilərinin isə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın vitse-prezident olduğu dövrə aid olduğu öyrənilib. Bildirilib ki, Bayden və xanımı, birinci xanım Cil Bayden axtarışlar zamanı evdə olmayıblar.
Tahir TAĞIYEV