Ukraynaya hücumlarını davam etdirən Rusiya, Moskvadakı inzibati binalarda S-300 hava hücumundan müdafiə sistemlərinin (HHM) quraşdırıldığı görüntülərinin ortaya çıxmasından sonra paytaxtda təlimlərin keçirildiyini açıqlayıb.
Sosial mediada yayılan görüntülərdən sonra Rusiya Müdafiə Nazirliyi S-300 hava hücumundan müdafiə sistemlərinin Rusiya prezidenti Vladimir Putinin iqamətgahı və Rusiya Müdafiə Nazirliyinin binasına yerləşdirildiyi barədə açıqlama verib. Nazirlik strateji nöqtələrdə S-300 hava hücumundan müdafiə sistemləri ilə təlimlərin keçirildiyini qeyd edib: “Moskva bölgəsində Qərb Hərbi Bölgəsi zenit-raket briqadasının şəxsi heyəti ilə mühüm hərbi infrastruktura və inzibati binalara qarşı hava hücumlarını dəf etmək üçün təlimlər keçirilib. S-300 zenit-raket komplekslərinin batareyalarından istifadə edilib. Təlim zamanı əsgərlər saxta diversiya qrupunun hərbi konvoya hücumunu dəf ediblər. Hücumdan sağ çıxa bilən konvoy, irəliləyişini davam etdirib. Batareya aqreqatları və kompleksləri münaqişə bölgələrinə yerləşdirilərək öz vəzifələrinə başlayıblar”.
Açıqlamanın strateji hədəflərə çatan hərbi birləşmələrin təyin olunan hədəfləri raketlərlə vurduğu bildirilib: “Təyyarə və ballistik raketləri simulyasiya edən hədəflərin aşkarlanmasından sonra zenit bölmələri elektron raketləri işə salıb. Döyüş təlimində 150-dən çox əsgər, 30-dan çox silah və xüsusi texnika iştirak edib”.
Tahir TAĞIYEV