Fransanın paytaxtı Paris növbəti dəfə gərginliyə səhnə olub. Fransa prezidenti Emmanuel Makronun pensiya yaşını 62-dən 64-ə qaldıran qanun layihəsi ölkədə gərginliyi artırıb.
On minlərlə insan Makronun yeni pensiya qanun layihəsinə etiraz etmək üçün Paris küçələrinə çıxıb. Zaman-zaman polislə nümayişçilər arasında qarşıdurma yaranıb.
Fransanın hər yerində nümayişlər və etirazlar təşkil edilib, paytaxt Paris savaş meydanına çevrilib.
Ölkədə cümə axşamı başlayan tətillər səbəbindən həyat dayanıb. Qatarların hərəkəti, məktəblərdə təhsil dayandırılıb.
Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlara görə, son 3 gündə 1 milyondan çox insan küçələrdə etiraz aksiyası keçirib.
Həmkarlar ittifaqları Makron qanun layihəsini geri götürənə qədər nümayişlərin və tətillərin davam edəcəyini açıqlayıb.
Parisdə keçirilən nümayişlərdə 5 mindən çox polis əməkdaşı iştirak edib, 40-dan çox fəal saxlanılıb.
Tahir TAĞIYEV