Rus Pravoslav Kilsəsinin lideri Patriarx Kirill xəbərdarlıq edib ki, Rusiyanı məhv etmək cəhdi dünyanın sonu olacaq.
"Bu gün dünya, ölkəmiz və bütün bəşəriyyət üçün böyük təhlükələr var. Bu gün Rusiyaya qalib gəlmək istəyi çox təhlükəli forma alıb. Dəlilərin ağıllarının başına gəlməsi və Rusiyanı məhv etmək istəyinin "dünyanın sonu" demək olacağını başa düşmələri üçün Allaha dua edirik" - Patriarx Kirill deyib.
Kirill Rusiyanın güclü silahlara və hər zaman qalib gəlmək əzmində olan vətənpərvərlərə sahib olduğunu bildirib: "Çox narahat bir dövrdəyik. Bununla belə, Tanrının rus torpaqlarını tərk etməyəcəyinə, Rusiyanın torpaqlarını və xalqını qoruyacaq gücə sahib olduğuna inanırıq".
Tahir TAĞIYEV