Serbiya prezidenti Aleksandar Vucic Rusiyaya xəbərdarlıq edib. O, deyib ki, Rusiya hərbi şirkəti “Vaqner” Serbiyada əsgər toplamaq cəhdlərini dayandırmalıdır.
Vuçiç serbləri Ukraynada döyüşməyə çağırmağın ədalətli olmadığını deyib: "Serbiya Avropada Rusiyaya sanksiya tətbiq etməyən yeganə ölkədir. Rusiya “Vaqner”in Serbiyadan əsgər toplamaq cəhdlərini dayandırmalıdır. Bu cür yanaşma Serbiya qanunlarına ziddir".
Bu arada xəbər yayılıb ki, Moskvayönlü RT xəbər portalı serb dilində “Vaqner”in Ukraynada döyüşçülər axtarması barədə elan dərc edib və insanları buna təşviq edib. Bunun adınca keçən həftə Serbiyaya səfər edən ABŞ dövlət katibinin müşaviri Derek Chollet “Vaqner”in oradakı fəaliyyətindən narahat olduqlarını bildirib.
Digər tərəfdən, rus oliqarx Yevgeni Priqojinin sahibi olduğu və Afrika qitəsi başda olmaqla bir çox ölkədə fəaliyyət göstərən "Vaqner" rus hərbi şirkəti keçən ay Serbiyada "dostluq və əməkdaşlıq mərkəzi" qurduğunu açıqlamışdı.
Tahir TAĞIYEV