Münhen Təhlükəsizlik Konfransının keçmiş sədri Volfqanq İşinger Ukraynanın Rusiyaya qarşı Avropada yarım ildə istifadə edilən silah-sursatı bir gündə istifadə etdiyini bildirərək, Avropa ölkələrini müharibə ehtiyatlarını yeniləməyə çağırıb.
Yüksək rütbəli alman diplomatı bildirib ki, Aİ Ukraynaya Rusiya ilə müharibədə uğur qazanmağa kömək etmək istəyirsə, sursat və ağır silahların istehsalını xeyli artırmalıdır. O xəbərdarlıq edib ki, Kiyev tərəfdarları müharibə iqtisadiyyatını yaxşılaşdırmasalar ehtiyatları tükənəcək.
İşinger deyib ki, Avropanın yenidən qurulmuş müharibə iqtisadiyyatına ehtiyacı var.
O, deyib ki, Ukraynaya tanklar, raketlər, hava hücumundan müdafiə sistemləri və pilotsuz təyyarələr kimi ağır silahların tədarükü Aİ və üzv dövlətlərin hökumətləri tərəfindən “nəzarət və koordinasiya” edilməlidir.
“Ukrayna bizim yarım ildə istehsal etdiyimiz silah-sursatı bir gündə istifadə etmək məcburiyyətində qalır. Ehtiyatlarımız sona yaxınlaşır. Sonra nə olacaq?" - İşinger deyib.
Tahir TAĞIYEV