ABŞ prezidenti Baydenlə bağlı məxfi dosya qalmaqalı davam edir. Baydenin məsləhətçilərindən biri olan Riçard Sauber, Prezidentin Bayden Diplomatik Mərkəzində və Delaverdəki iqamətgahında ortaya çıxan sənədlərlə bağlı bəyanat yayıb.
Hər iki yerdə ələ keçirilən “məxfi” etiketli sənədləri araşdırmaq üçün Milli Arxiv və Ədliyyə Nazirliyi ilə əlaqələndirilmiş bir prosesin başladığını ifadə edən Sauber, Baydenin Vilminqtondakı iqamətgahından ələ keçirilən məxfi sənədi almaq üçün cümə axşamı günü prezidentin iqamətgahına getdiyini söyləyib. Onu müşayiət edən Ədliyyə Nazirliyinin əməkdaşları ilə oradakı sənədlər arasında “məxfi” etiketli daha 5 sənəd aşkar edillər.
Sauber bildirib ki, sənədlər orada Ədliyyə Departamentinin əməkdaşlarına təhvil verilib.
Baydenin müşaviri Ağ Evin ədliyyə nazirinin təyin etdiyi xüsusi müşavirlə əməkdaşlıq edəcəyini deyib.
Xatırladaq ki, Baydenin müşavirlərindən biri olan Riçard Sauber yanvarın 9-da Baydenin Penn Bayden Mərkəzindəki şəxsi ofisindən 2022-ci il noyabrın 2-də vitse-prezident vəzifəsində işlədiyi vaxtdan qalan “məxfi məlumatları ehtiva edən bir neçə sənədin” tapıldığını söyləmişdi.
Sənədlərin “kilidli şkafda” olduğunu deyən Sauber, sənədlər tapılan kimi Baydenin şəxsi vəkillərinin Ağ Ev və milli arxivlərlə bağlı dövlət qurumları ilə əlaqə saxladıqlarını bildirib.
Bayden isə məxfi sənədlərin ofisindən çıxdığını eşidəndə "təəccübləndiyini" deyib və sənədlərin məzmunu barədə məlumatının olmadığını bildirib.
Prezident Bayden, FTB agentləri Trampın 2022-ci il avqustun 8-də Palm Beachdəki Mar-a-Laqo malikanəsində axtarış zamanı məxfi sənədlər tapılmasına "Adam nə qədər məsuliyyətsiz ola bilər?" deyə reaksiya verimişdi. Bu mövzuda Trampı tənqid edən Baydenin özünün də iqamətgahından məxfi sənədlərin çıxmasından sonra Respublikaçılar onu sərt tənqid eetməyə başlayıblar.
Tahir TAĞIYEV