Almaniya hökuməti bəyan edib ki, əgər Polşa Almaniyanın razılığı olmadan Ukraynanı “Leopard” tankı ilə təmin edərsə, bu, qanunsuz olar.
Polşanın Ukraynaya birtərəfli qaydada “Leopard” tankı göndərəcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı suala cavab verən Almaniya hökumətinin sözçüsü Kristian Hoffmann deyib ki, bu, qanunsuz olardı: “Federal hökumətin icazəsi lazımdır. Qaydalar belədir".
Polşadan belə bir tələbin olmadığını vurğulayan Hoffmann, hazırda Ukraynaya dəstəklə bağlı davamlı fikir mübadiləsi apardıqlarını deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Polşa prezidenti Anjey Duda yanvarın beynəlxalq koalisiyanın tərkib hissəsi olaraq, Ukraynaya “Leopard” tankları göndərə biləcəklərini deyib.
Almaniya “Leopard” tanklarının Ukraynaya çatdırılmasında mühüm rol oynayır. Çünki Almaniyadan silah alan ölkələrin bu silahları üçüncü ölkəyə ixrac etməsi üçün Berlin hökumətinin razılığı tələb olunur.
Tahir TAĞIYEV