Bazar günü günü, 08 noyabr 2026
     

Putin Ukraynada uğursuzluqları Gerasimovun çiyninə yükləyir - dünya heyrətdə...

Image


Ukraynanın Donetsk vilayətinin Soledar, Praskoveyevka, Baxmut və Kleşçeyevka yaşayış məntəqələri ərazilərində ən şiddətli döyüşlər davam etdiyi bir vaxtda Rusiya rəhbərliyinin addımları beynəlxalq miqyasda yeni təəccüb və heyrətə səbəb olub.

Söhbət Ukrayna ilə müharibəyə cəlb edilmiş orduya komandanlığın növbəti dəfə dəyişdirilməsindən gedir. Məsələ burasındadır ki, cəmi üç ay bundan əvvəl general Sergey Surovikin Ukraynadakı Rusiya qoşunlarının baş komandanlığına gətirilmişdi. Amerikalı ekspert Mayk Ekel bildirir ki, komandanlığa gətirilməsi Rusiya millətçiləri və müharibəyə dəstək verən siyasətçilər tərəfindən alqışlanan Surovikin dərhal Ukraynanın mülki infrastrukturunun bombardman edilməsinə başlamış, Ukraynanın şəhər və kəndlərini qaranlığa qərq etmişdi. Lakin o, həm də Rusiya qoşunlarını Moskvanın müharibənin əvvəlindən bəri ələ keçirdiyi yeganə vilayət mərkəzi olan Xersondan çıxarmağa məcbur olmuşdu. Bu taktiki geriçəkilmə Ukraynaya uğur qazandırsa da, Rusiyaya da müdəfiə xətlərini möhkəmləndirmək imkanı vermişdi. Son həftələrdə Rusiya qüvvələri və muzdlulardan ibarət “Vaqner” şirkətinin döyüşçüləri Ukraynanın şərqindəki Donbasda Soledar və Baxmut şəhərlərini ələ keçirmək məqsədilə güclü hücuma keçib. Birinci Dünya Müharibəsini xatırladan bu hücumlar nəticəsində yüzlərlə Rusiya əsgərinin cəsədləri Ukrayna çöllərinə səpələnib. Məhz bunlar fonunda Surovkin yanvarın 11-də baş komandanlıqdan kənarlaşdırılıb. Müharibənin 11-ci ayında heç bir əhəmiyyətli uğur qazana bilməyən Vladimir Putin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə naziri Sergey Şoyqunun müttəfiqi, general Valeri Gerasimovu Ukraynadakı qoşunların baş komandanı, Surovikini isə onun müavini təyin edib. Putinin müharibə komandanlığında etdiyi dördüncü dəyişiklik həm Qərb, həm də Rusiya ekspertlərini təəccübləndirib və son 80 ildə Avropanın ən böyük müharibəsinin gedişi barədə çoxsaylı suallar doğurub. Avstraliya ordusunun keçmiş generalı və Rusiyanın hərbi doktrinası üzrə ekspert Mik Rayan bu barədə bildirib: “Surovikinin metodları və Rusiya xalqına qələbə kimi təqdim olunacaq uğurları əldə edə bilməməsi Putini artıq hövsələdən çıxarmışdı. Bu, Rusiya hərbiyyəsi ilə “Vaqner” qrupu arasındakı açıq rəqabət və yarışı əks etdirən bir saray siyasətidirmi? Yoxsa səbəb Putinə birbaşa çıxışı olan Surovikinin Gerasimovdan daha qüdrətli olmağa başlaması idi?”. Bütün bu deyilənlər bəzi təhlilçilər tərəfindən Putinə yaxın çevrədə rəqabətin qızışması kimi qiymətləndirlir. Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən hərbi ekspert, keçmiş dəniz piyadaları polkovniki Mark Kensian qeyd edir ki, müharibə yaxşı getməyəndə adətən hərbi komandanları mülki liderlərlə əvəzləyirlər. Ekspert xatırladır ki, 1860-cı illərin müharibəsində prezident Avraam Linkoln general Uliss Qrantın üzərində dayananadək neçə-neçə komandan dəyişmişdi. Lakin ABŞ-da mənzillənmiş RAND analitik mərkəzindən Rusiya hərbiyyəsi üzrə ekspert Dara Massikot deyir ki, necə olursa olsun, indiki halda “ən səriştəli komandan” “ən səriştəsizi” ilə əvəzlənib və bu, dəyiş-düyüşün arxasında çoxsaylı faktorların olduğunu göstərir. Onun fikrincə, bu dəyişikliyin arxasında daxili çəkişmə, hakimiyyət davası, qısqanclıq kimi faktorlar dayanır. Bütün hallarda Ukraynaya müdaxilə Moskva üçün heç də uğurlu getmir. Qərb rəsmiləri Rusiyanın itkilərinin ölü və yaralı olaraq 100 mini keçdiyini təxmin edirlər. Həmin təxminlərə görə Ukraynanın da itkiləri elə bu qədərdir. Rusiya döyüş meydanında məqsədlərinə çata bilməyib: Kiyev dərhal tutulmayıb, prezident Volodimir Zelenskinin hökuməti devrilməyib, Ukrayna ordusu təslim edilməyib. Hətta ötən yayda komandanlıq strukturunun dəyişdirilməsi və ordunun yenidən qruplaşması da kara gəlməyib. O vaxtdan bəri Rusiya qoşunları yalnız Luqansk vilayətinin Severodonetsk və Lisiçansk şəhərlərini tuta bilib. Moskvanın bu müharibədəki ən böyük uğuru hələ ki yalnız Azov sahilindəki Mariupol şəhərinin işğalıdıır. Lakin ötən payızda Qərbdən gətirilən silahlarla güclənmiş Ukrayna ordusu Xarkov vilayətinin çox hissəsini, Donetsk regionundakı strateji qovşaq sayılan Liman şəhərini işğaldan azad edib. Döyüş meydanındakı bu uğursuzluqların ardınca, Moskva Çeçenistan başçısı Ramzan Kadırov və “Vaqner” qrupunun sahibi Yevgeni Priqojin kimi sərt xətt-hərəkət tərəfdarı millətçilərin təzyiqi altında general-polkovnik Aleksandr Lapin də daxil bir neçə rütbəli komandanı Liman şəhərinin itirilməsinə görə işdən kənarlaşdırıb. Bunun ardınca sentyabrda Putinin qismən səfərbərlik elan etməsi Rusiyanın canlı qüvvədən korluq çəkməsinin əlaməti kimi yozulub. Daha sonra, oktyabrın 8-də Putin Suriya müharibəsində qəddarlığı və sərtliyi ilə ad çıxarmış Surovikini Ukraynadakı bütün Rusiya qüvvələrinin komandanı təyin edib. Surovikin bu vəzifəyə gələndən ikicə gün sonra Ukraynanın enerji sistemini raket və dron bombardmanına məruz qoyub. Noyabrın 9-da Surovikinin taktiki səbəblərlə Rusiya qoşunlarını Dneprin sağ sahilindən çıxarması Ukraynaya Xerson şəhərini təntənəli şəkildə azad etmək imkanı verib. Belə görünür ki, o vaxt bunu çox mühüm qərar kimi qiymətləndirmişdilər. Bu, həm də onu göstərirdi ki, Surovikin Putinin tam etimadını qazanıb. Bəzi Rusiya rəsmiləri bildirirdilər ki, Ukrayna müharibəsindəki uğursuzluqlar məhz vahid komandanlığın olmaması ilə bağlı idi. Bundan əvvəl aprel ayında general Aleksandr Dvornikov Ukrayna müharibəsində Rusiya qoşunlarının komandanı olmuşdu. Lakin ikicə ay sonra onun yerini general Gennadi Jidko tutmuşdu. Amma Surovikinə qədər Ukrayna müharibəsinə nominal baxımdan vahid komandanlıq olmamışdı. Ekspertlər qeyd edir i, Surovikinin yeni birbaşa rəhbəri olan baş qərargah rəisi Gerasimova on ildən çox müddətdə ən səriştəli strateq kimi baxılıb. Lakin davakar millətçilər onu Putinin yaxın çevrəsinə daxil olan müdafiə naziri Sergey Şoyqunun müttəfiqi olduğuna görə tənqid edirlər. Rusiyanın hərbi doktrinası üzrə ekspert Mik Rayan bu barədə qeyd edir: “Müharibədən əvvəl Gerasimov müasir dövrün ən yaxşı nəzəriyyəçisi sayılırdı. Lakin onun islahatları döyüş meydanında strateji uğurla nəticələnmədi. Çətin ki, onun döyüş meydanındakı varlığı da nəyisə dəyişsin”. Rayan ehtimal edir ki, bəlkə də Putin və Şoyqu Gerasimovu müharibə uğursuzluqları üçün “qurbanlıq quzu” olmağa hazırlayırlar. Kremlə müttəfiq siyasi təhlilçi, qatı müharibə tərəfdarı Sergey Markov düşünür ki, indiki dəyiş-düyüş çox az əməliyyat fərqi yaradacaq. Onun fikrincə, Surovikin Ukraynadakı komandan vəzifəsində, Gerasimov isə Moskvadakı kürsüsündə qalmalıydı. Markov hesab edir ki, son dəyişiklik Mariupol və Severodonetskin zəbt olunmasında müstəsna rol oynamış “Vaqner” muzdlularının Baxmut və Soledar uğrunda gedən döyüşlərdəki uğurları ilə bağlıdır: “Gerasimovun təyinatı “Vaqner”in uğurları ilə eyni vaxta düşüb. “Vaqner” döyüşçülərinin nizami qoşunlardan daha səriştəli olması isbat olunub”. Buna baxmayaraq, dəyişikliyin ardınca, Priqojin, Kadırov və Şoyqunun başqa tənqidçiləri səslərini çıxarmayıblar. Bəzi ekspertlər bunun yetişməkdə olan dramanın pərdəarxası çəkişmələrinin əlaməti olduğunu bildirirlər. Onların firkincə, hazırda bir tərəfində Şoyqu və Gerasimov, qarşı tərəfində isə Surovikin və Priqojin olmaqla bir-birinə rəqib iki siyasi fraksiya formalaşıb. ABŞ Müharibə Tədqiqatları İnstitutunun hesabatında isə deyilir: “Gerasimovun yüksəldilməsi Müdafiə Nazirliyini tənqid edən çalağanların təsirini zəiflətmək məqsədi güdür və Priqojin kimilərinə nazirliyin tənqid edilməsini azaltmaları üçün xəbərdarlıqdır”.

Nahid Salayev



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ