Almaniyanın müdafiə naziri Kristin Lambrext Ukraynaya “Leopard” tankları göndərilməsi ehtimalını istisna etmədiklərini, lakin hələlik heç bir qərar verilmədiyini bildirib.
“Heç kim hər hansı bir ehtimalı istisna etməməlidir, lakin federal hökumətdə döyüş tanklarından imtina etmək qərarı yoxdur” - nazir deyib.
Ukraynaya 40 ədəd “Marder” zirehli döyüş maşını veriləcəyini deyən Lambrext bildirib ki, Kiyevə aktiv istifadə edilən “Marder” zirehli döyüş maşını verilməyəcək.
Tahir TAĞIYEV