Avropa İttifaqının beş ölkəsi regionda qazın qiymətinin kəskin artması ilə bağlı araşdırma aparmağa səsləyib.
Baki-xeber.com xəbər verir ki, Fransa, İspaniya, Çexiya, Rumıniya və Yunanıstanın iqtisadiyyat və maliyyə nazirlərinin birgə bəyanatının mətni Fransanın İqtisadiyyat Nazirliyinin saytında dərc olunub.
Sənəddə, cari qaz müqavilələrinin niyə kifayət etmədiyini bilmək üçün Avropa qaz bazarının işini araşdırmağın vacib olduğu deyilir.
Təşəbbüsün müəllifləri qiymətlərin tənzimlənməsi üçün qaz ehtiyatlarının həcmi barədə ümumi qaydaların qoyulmasına, eləcə də tədarük zamanı koordinasiyanı artırmağa çağırıblar.
Qeyd edək ki, Avropa birjalarında təbii qazın min kubmetrinin qiymətləri 2 min dollara yaxınlaşır. Niderlandın TTF habında təbii qazın min kubmetri 1 950 dollar həddini ötüb. Qazın qiymətləri rekord hədd yüksəldikdən sonra gün ərzində kəskin ucuzlaşmağa başlayıb. Belə ki, Niderlandın TTF habında təbii qazın min kubmetri 1 957 dollardan 1 325 dollaradək ucuzlaşıb.
TAHİR