“Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinə girişdə problem yaşanıb.
Trend-in məlumatına görə, məsələ ilə bağlı sosial şəbəkələr ortaq açıqlama yayıb. Açıqlamada deyilir: “İstifadəçilərimizin tətbiqlərimizə daxil olmaqda problem yaşadıqlarının fərqindəyik. Problemi ən qısa zamanda həll etmək üçün çalışırıq və yaranmış narahatlığa görə üzr istəyirik”.
“Report” xəbər verir ki, “Facebook” qurucusu Mark Zukerberq bir sıra ölkələrdə "Facebook", "Instagram" və "WhatsApp" tətbiqlərinin işində yaranan problemə görə milyardlarla dollar itirib.
Mark Zukerberq şirkətin sahibi olduğu sosial şəbəkələrin və xidmətlərin qlobal şəkildə işləməməsi fonunda 6,6 milyard ABŞ dolları itirib və dünyanın ən varlı adamları siyahısında altıncı yerə düşüb.
“Forbes”ə görə Zukerberqin sərvəti 5,4% və ya 6,6 milyard ABŞ dolları azalaraq 116,1 milyard ABŞ dollarına düşüb.