Oktyabrın 1-də axşam Tbilisidə saxlanan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin ölkə ərazisinə necə keçməsi hələ də müəmmalı olaraq qalır.
Bununla bağlı müxtəlif versiyalar səsləndirilir. Məsələn, CNews portalı mənbələrə istinadən bildirir ki, Saakaşvili Gürcüstana Poti vasitəsilə treylerdə gəlib.
"Saakaşvilini Gürcüstana Elquca Tsomaya gətirib, Tsomaya Abaşdandır", - sürücünün qohumu nəşrə bildirib və əlavə edib ki, Elquca daim Ukraynaya Gürcüstandan göyərti daşıyır.
Saakaşvilinin vəkilləri isə güc strukturlarının onun ölkəyə necə gəlməsindən hələ də xəbərsiz olduğunu deyiblər.
Tbilisidə Mixeilə evində qalmağa şərait yaradan mənzil sahibini isə saxlayaraq ona qarşı cinayət işi açıblar - ağır cinayət barədə xəbər verməməyə görə o, 1 ildən 4 ilədək həbsdə yata bilər.