Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili dövlət sərhədini keçməyib.
Trend-in məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.
Qeyd edək ki, M.Saakaşvili bu gün səhər saatlarında Gürcüstana gəldiyini və Batumi şəhərində olduğunu demişdi.
"Mixeil Saakaşvilinin Gürcüstana necə və nə vaxt gəlməsi önəmli deyil. Ən əsası odur ki, o, Gürcüstandadır".
“Report” xəbər verir ki, bunu isə sabiq prezidentin partiyası olan müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) liderlərindən biri Zaal Udumaşvili jurnalistlərə deyib.
O, Daxili İşlər Nazirliyinin sabiq prezidentin Gürcüstan sərhədini keçməməsi barədə məlumatına da münasibət bildirib: "Mən Daxili İşlər Nazirliyindən daha çox Mixeil Saakaşviliyə inanıram".