Rusiya dövlət televiziyası Rossiya-1 kanalında canlı yayımlanan verilişdə erməni ekspertin Türkiyə ilə bağlı fikirləri mübahisəyə səbəb olub.
Baki-xeber.com xəbər verir ki, akademik Oleq Matveyçev, Türkiyə ilə Rusiya arasındakı əlaqələri pozmağa yönəlmiş provokasiyalara sərt reaksiya verərək, "Türkiyə ilə müharibə yox, sülh olmalıdır" deyib.
Erməni əsilli ekspert Semyon Bağdasarov Türkiyənin Osmanlı İmperiyasını və keçmiş Sovet coğrafiyasını yenidən qurmaq üçün səy göstərdiyini iddia edib. Soçidəki görüşdə Rusiyanın İdlib kimi mövzularda güzəştə getməməsinin vacib olduğunu söyləyən Bağdasarov deyib ki, terror təşkilatı PKK ilə də əməkdaşlıq qurulmalıdı.
Bağdasarovu açıqlamasına sərt reaksiya verən akademik Matveyçev isə "Burada provokasiya ilə məşğulsuz! Təxribatçı olmayın!" deyib. Erməni əsilli ekspertlə canlı yayımda mübahisə edən rus akademik, "Xahiş edirəm bizi Ərdoğanla qorxutmayın. Ərdoğanın Rusiyanı işğal etmək niyyəti yoxdur. Ərdoğan Rusiyanın nə olduğunu çox yaxşı bilir. Türkiyə ilə müharibə deyil, barışmaq lazımdır. Tarix boyu Qərb bizi müharibəyə təhrik edib. Bu gün artıq buna ehttiyac yoxdur" - deyib.
TAHİR