Çin də kriptovalyutalarla bağlı əməliyyatları qadağan etdi

img

Çində kriptovalyutalarla bağlı bütün əməliyyatlar qadağan edilib. Trend-in məlumatına görə, bu barədə ölkənin Mərkəzi Bankı qərar verib.

Qərarda kriptovalyutaların rəsmi valyuta statusu daşımadığı və buna görə də dövriyyədə olmamalı olduğu vurğulanıb.

Bundan başqa, kriptovalyutalar bağlı əməliyyatlara görə cəzaların tətbiq olunacağı bildirilib.

Son məlumatlara əsasən, bu qərardan sonra ən populyar kriptovalyyuta hesab olunan bitkonin birjalarda qiyməti 45 min dollardan 42 min dollaradək düşüb.

Son xəbərlər