Ersin Tatar Baş yepiskopa göstərilən təpkini “iki xalq arasında inamsızlığı daha da dərinləşdirəcək davranış” adlandırdı

img

“Nyu-Yorkda sentyabrın 20-də Türk Evinin açılışına qatılan Amerikanın Baş yepiskopu Elpidoforosa göstərilən təpki və edilən çirkin hücumları üzüntü ilə qarşılayırıq".

Baki-xeber.com xəbər verir ki, bunu Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə bir çox dünya lideri ilə yanaşı BMT Baş katibinin də qatıldığı bu toplantıya ən böyük iki səmavi dinin təmsilçilərinin qatılması dünya barışı baxımından alqışlanması gərəkən bir davranış ikən, rum-yunan cütlüyünün buna təpki göstərərək, bu təpkini rum-yunan liderlərinin Baş yepiskopla görüşməkdən vazkeçmə nöqtəsinə daşımaları ibrətverici olaylardır.

Siyasi motivli bu hərəkətlər rum və yunan tərəflərinin təəssübkeşlik və dözümsüzlük səviyyəsini göstərir. Kiprdə barışıq üçün səy göstərildiyi bir dövrdə iki xalq arasında inamsızlığı daha da dərinləşdirəcək bu cür davranışların yuxarıda göstərilən səylərə zərər verəcəyi aşkardır. Bu cür qəbuledilməz hərəkətləri qınayır və beynəlxalq birliyin lazımi nəticələr çıxarmasını gözləyirik”.

SAMİRƏ

Son xəbərlər