ABŞ özü üçün əsas hərbi təhlükəni açıqladı - Bu, Çin deyil, Rusiyadır...

img

Amerika Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəisi Qlen Van Herkə görə, Rusiya ABŞ üçün əsas təhdiddir. Bu barədə o, "Air Force Magazine"ə verdiyi müsahibədə bildirib.

"Rusiya bu gün vətən üçün əsas hərbi təhlükədir. Bu, Çin deyil, Rusiyadır", - deyə Van Herk qeyd edib.

Onun sözlərinə görə, Çin "uzunmüddətli təhlükədir", ancaq Rusiya daha çox hərbi gücə malikdir.

"Su qayıqlarına, bombardmançılara, qanadlı raketlərə və s. malik olan Rusiya əsas hərbi təhlükə yaradır", - deyə Şimal Komandanlığının rəhbəri fikrini yekunlaşdırıb.

Moskva isə dəfələrlə vurğulayıb ki, onun digər dövlətlərə qarşı aqressiv niyyəti yoxdur.

Son xəbərlər