Paşinyan Batumda 3-4 saatlığa yoxa çıxıb...

img

Ermənistanın "Past" nəşri Baş nazir Paşinyanın bir neçə gün əvvəl Gürcüstana səfəri barədə sensasiyalı xəbər yayıb.

Qəzet yazır ki, Paşinyan Tiflisə səfərini məlum olmayan səbəblərə görə, Batumda yekunlaşdırıb və Batumda olarkən 3-4 saatlığa hamının gözündən itib. Nəşr yazır ki, bu müddət onun harada olduğunu müşayiətçilərdən heç kim görməyib. "Paşinyan harada olub" deyə nəşr bütün ölkəyə sual ünvanlayıb.

Ramil QULİYEV

Son xəbərlər