Dünyanın ən varlı ailələri - 1,7 trilyon dollarlıq sərvətə sahib 25 ailənin siyahısında kimlər var...

“Bloomberg” dünyanın ən varlı ailələrinin reytinqini hazırlayıb. Siyahıya böyük topdansatış və pərakəndə alış-veriş şəbəkəsi “Wallmart”ın sahibi Uoltonlar ailəsi başçılıq edir.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, onların varidatı təxminən 238,2 milyard dollardır.
Qeyd edilir ki, 1962-ci ildə Sam Uolton tərəfindən əsası qoyulmuş “Wallmart” bu gün dünya üzrə 10 mindən çox dükandan ibarətdir, illik gəliri isə 559 milyard dollardır. Uoltonlar şirkətdə 48 faizlik pay sahibidir.
Ailə fevral ayından bu yana 6 milyard dollarlıq səhm satsa da, sərvətləri son 12 ayda 23 milyard dollar artıb. Ailə dörd ildir reytinq siyahısına liderlik edir.
“Bloomberg”in hazırladığı reytinq siyahısının ilk 10-luğunda bu ailələr yer alır:
- ərzaq məhsulları istehsal edən “Mars” şirkətinin sahibi Marslar ailəsi (142 milyard dollar),
- ABŞ-ın “Koch İndustries” neft-kimya şirkətinin sahibi Koxlar ailəsi (124,4 milyard dollar),
- Fransanın “Hermes” dəb mərkəzinin sahibi Hermelər ailəsi (111,6 milyard dollar),
- Səudiyyə Ərəbistanının Əl Səud kral ailəsi (100 milyard dollar),
- Hindistanın “Reliance İndustries” holdinqinin sahibi Ambanilər ailəsi (93,7 milyard dollar),
- Fransanın “Chanel” dəb mərkəzinin sahibi Vertheimerlər ailəsi (61,8 milyard dollar),
- ABŞ-ın “Fidelity İnvestment” şirkətinin sahibi Consonlar ailəsi (61,2 milyard dollar), -
“Thomson Reuters” media şirkətinin sahibi Tomsonlar ailəsi (61,1 milyard dollar),
- Almaniyanın “Boehringer İngelheim” əczaçılıq şirkətinin sahibi Böringerlər ailəsi (59,2 milyard dollar) qərarlaşıb.
Reytinq siyahısında yer alan dünyanın 25 ən varlı ailəsinin varidatı keçən illə müayisədə 22 faiz artaraq təminən 1,7 trilyon ABŞ dolları təşkil edir.
TAHİR