Putin ətrafında koronavirusa yoluxma halları qeydə alınıb - Rusiya prezidenti özünütəcrid rejiminə keçdi

img

Rusiya prezidenti Vladimir Putin ətrafında qeydə alınan koronavirus halları ilə bağlı özünütəcrid rejiminə keçib.

Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Eyni zamanda, V.Putinin özünün xəstəliyə yoluxub-yoluxmaması barədə məlumat verilməyib.

Qeyd olunub ki, özünütəcrid rejimi ilə əlaqədar Rusiya prezidenti Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində videokonfrans formatında iştirak edəcək.

Son xəbərlər