Saakaşvili Gürcüstan hərbçilərini seçkilərdə fəal olmağa çağırdı - "...borcumuzu yerinə yetirməyə hazır olmalıyıq"

img

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bu ölkənin Müdafiə Qüvvələrinin zabit və hərbçilərimə müraciət edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, hərbi qulluqçuları qarşıdan gələn yerli seçkilərdə fəal iştiraka çağırıb.

M.Saakaşvili videomüraciətində deyib ki, Gürcüstana bu gün kömək lazımdır: “Mən sizə ilk növbədə Gürcüstan vətəndaşları kimi müraciət edirəm. Biz hamımız vətəndaş borcumuzu yerinə yetirməyə hazır olmalıyıq. Sizin və qəhrəman veteranların vətənpərvərliyinə ümid edirəm. Hər şey yaxşı olacaq”.

Qeyd edək ki, sabiq dövlət başçısı bundan öncə oktyabrın 2-də keçiriləcək seçkilər üçün Gürcüstana gedəcəyini elan edib.

Son xəbərlər