Pəncşirdə "Taliban"a dirəniş davam edir - Əhməd Məsud Əfqanıstanı tərk etməyib

img

Milli Müqavimət Cəbhəsinin (MMC) lideri Əhməd Məsud Əfqanıstanı tərk etməyib. Sputnik Azərbaycan xarici KİV-lərə istinadla xəbər verir ki, bunu MMC liderinə yaxın olan Qasem Məhəmmədi deyib.

O bildirib ki, Əhməd Məsud təhlükəsiz bir yerdədir:

"Məsudun Əfqanıstanı tərk etməsi ilə bağlı şayiələr həqiqətə uyğun deyil. O, hazırda Pəncşirlə əlaqə saxlayır".

Məhəmmədi əlavə edib ki, Taliban* son günlərdə Pəncşir ərazisinə daxil olub, əsas küçə və keçidlərin təxminən 70%-i onların əlindədir. Lakin Pəncşirin dağ vadiləri Milli Müqavimət Cəbhəsinin tam nəzarətindədir.

Qeyd edək ki, sentyabrın 6-da Pəncşirdə soydaşlarına müraciət edən müqavimət hərəkatının lideri Əhməd Məsud əfqanları Taliban* hərəkatına qarşı üsyana qalxmağa çağırıb.

Pəncşirdəki müqavimət qüvvələrinin lideri audio-müraciətdə döyüşçülərin hələ də adı çəkilən əyalətdə qaldıqlarını və taliblərə qarşı mübarizə apardıqlarını bəyan edib.

O həmçinin baş vermiş son hadisələrdən sonra Əfqanıstanın geri qalmış ölkəyə çevrilə və izolyasiyaya düşə biləcəyini qeyd edib.

Son xəbərlər