Zelenski Rusiya ilə genişmiqyaslı müharibə ehtimalı olduğunu dedi, Kremldən də dərhal reaksiya gəldi...

img

Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, onun ölkəsi üçün Rusiya ilə genişmiqyaslı müharibə ehtimalı var.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukrayna Prezidenti Kiyevdə keçirilən "YES Brainstorming" forumunda moderatorun sualını cavablandırarkən bildirib.

"Hesab edirəm ki, ola bilər. Bu mövzuda potensial var. Bu, Rusiyanın ən böyük səhvi olacaq. Bundan sonra heç vaxt Rusiya, Ukrayna, Belarus arasında qonşuluq mövcud olmayacaq", - deyə Zelenski bildirib.

Rusiya Prezdentinin mətbuat katibi Dmtri Peskov Ukrayna Prezidentinin Rusiya ilə mümkün müharibə ehtimalını şərh edib. “Biz hər hansı bir apokaliptik (bədbin) gözləntilərə qapılmaq istəməzdik” - deyən Peskov bildirib ki, Kreml Ukrayna Prezidentinin müharibənin başlayacağı haqqında ehtimalını təəssüf hissi ilə qarşılayıb: “Təəssüf edirik”.

Son xəbərlər