Quzey Kıprıs Türk Cümhuriyyətinin başkəndi Lefkoşanın Osmanlı İmperiyası tərəfindən fəth olunmasının 451-ci ildönümü qeyd olunub.
Baki-xeber.com-un xəbərinə görə, mərasim 9 sentyabrda Lefkoşa Şəhidlər Anıtı önündə düzənlənib.
Çələng qoyulması, sayğı duruşu və İstiqlal Marşının sədaları altında bayraqların qaldırılması ilə başlayan tədbirdə rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edib.
Törənə Lefkoşa Kaymakamlığı, Kıprıs Türk Barış Qüvvətləri, Müdafiə Qüvvətləri Komutanlığı təmsilçiləri, ordu qüvvələri, dərnək və partiyaların təmsilçiləri qatılıblar. Xatırladaq ki, Osmanlı donanması 1 iyul 1570-ci ildə Limasola gəlib, Limasol və Larnakanın ardınca 45 gün sürən döyüşlərin yekununda, 9 sentyabr 1570-ci ildə Lefkoşanı fəth edib.
“Yavru Vatan”ı ürəkdən təbrik edirik! Qardaşlarımızın Fəth günü qutlu olsun!
SAMİRƏ