Nağılvari möhtəşəm abidəni cəmi 64 günə 500 işçi məşhur türk memar Sinan Turamanın rəhbərliyi altında yaradıblar. 60 metr hündürlükdə xoşbəxtlik rəmzi sayılan "Humay" quşu təsvir olunub, ondan aşağıda Teymurilər dövlətini simvolizə edən mavi rəngli kümbəz, aşağıda isə xronoloji ardıcıl kompozisiya əsasında relyef divar yaradılıb.
Divarda məşhur həkim İbn Sinanın, cəbr və alqoritmlərin atası sayılan Əl-Xarəzminin, riyaziyyatçı Əl-Biruninin, şair və dövlət xadimi Əlişir Nəvayinin, Əmir Teymurun və onun oğlu astronom Uluk bəyin tam barelyefləri əks olunub .
Abidə bir möcüzəli tarixi nağıl dünyasıdır...
Ramil QULİYEV