Türkiyə prezidentinin yenicə çapdan çıxmış kitabının sentyabrın 6-da prezentasiyası keçiriləcək.
Türkcədən başqa rus, ingilis, fransız, alman, ispan, ərəb dillərində də çap olunmuş kitab müasir dünyanın qlobal ədalətsizlik və ədalət problemlərinə həsr olunub. Ərdoğan bu qənaətə gəlir ki, "dünya 5-dən böyükdür". Türkiyə prezidenti BMT TŞ-nin dərin islahatlara ehtiyac duyduğunu qeyd edir. Ərdoğan yazır ki, haqq gücün tərəfində yox, güc haqqın yanında olmalıdır. İkili standartlar, qlobal terror, zorakı miqrasiya problemləri Ərdoğanın əsas araşdırma mövzularıdır. Türkiyə mediasının məlumatına görə, prezident kitabdan əldə etdiyi gəliri Fövqəladə hallarla mübarizə idarəsinin hesabına köçürəcək.
Zümrüd VƏLİYEVA