Avropada ABŞ-dan müstəqil silahlı qüvvələrin yaradılması NATO müttəfiqləri arasında parçalanmaya səbəb olacaq. Trend-in məlumatına görə, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Baş katib bildirib: "Mən Avropanın əlavə müdafiə səylərini alqışlayıram, ancaq NATO-nu heç vaxt əvəz edə bilməz. Biz əmin olmalıyıq ki, Avropa və Şimali Amerika birləşəcək".
Onun fikrincə, "Şimali Amerika ilə Avropa arasındakı əlaqələri zəiflətmək üçün hər hansı bir cəhd NATO-nu zəiflətməklə yanaşı, Avropanı parçalayacaq".
Baki-xeber.com xəbər verir ki, bir neçə gün əvvəl Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bildirmişdi ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı vəziyyətdən sonra Avropa İttifaqının şəxsi müdafiə sisteminin yaradılması zərurəti ortaya çıxıb.
"Əfqanıstanda baş verən tarixi hadisələr bizi “Aİ-nin strateji kompası” adlı təhlükəsizlik konsepsiyasının işləyib hazırlamağa məcbur etdi. Bu konsepsiyanın yekun layihəsi oktyabr-noyabr aylarında təqdim ediləcək" - Borrel deyib.