Təxminən 20 il Əfqanıstanda olan ABŞ əsgərlərinin bu ölkəni tamamilə tərk edib. Qısa müddət əvvəl ABŞ-ın yüzlərlə silah-sursatı ataraq Əfqanıstanı tərk etdiyinə dair xəbərlər yayılmışdı.
Baki-xeber.com xəbər verir ki, amerikalı əsgərlər tərəfindən "Taliban"a qalmasın deyə bəzi hərbi texnikaların isə məhv edildiyinə dair görüntülər ortaya çıxıb.
Amerikalı əsgərlərin Kabildə yüz minlərlə dollarlıq avtomobilləri bir-bir dağıdıb yararsız hala saldığı anlar sosial mediada paylaşılıb.