Türk tarixinin ən önəmli səhifələrindən olan 30 Avqust Zəfərinin 99-cu ildönümü Türkiyə ilə birlikdə Quzey Kıbrıs Türk Cümhuriyyətində də qeyd olunacaq.
Baki-xeber.com-un xəbərinə görə, bayram tədbirləri çərçivəsində avqustun 30-da paytaxt Lefkoşa və bütün qəsəbələrdə mərasimlər düzənlənəcək.
COVID-19 tədbirləri çərçivəsində keçiriləcək bütün mərasim və şənliklərdə sosial məsafə və maska taxılması qaydalarına əməl etmək məcburi olacaq.
SAMİRƏ