Rusiya XİN “Krım platforması”na qatılmış dövlətlərə və beynəlxalq təşkilatlara qiymət verib.
XİN sözçüsü Zaxarova deyib ki, bu platformaya qoşulanlara Rusiyanın münasibəti dəyişəcək. “Krım platforması”nda iştirak edənlər Rusiyanın ərazi bütövlüyünü tanımayanlardır. Sitat burada bitdi.
Maraqlıdır ki, qardaş Türkiyə də “Krım platforması”nda iştirak edib. Zaxarovanın məntiqi ilə “Krım konfransı”ndan sonra Rusiya-Türkiyə münasibətlərində dəyişiklik olmalıdır.
Sözdə bunu belə də başa düşmək olar - Qarabağda, Suriyada, Əfqanıstanda Rusiya-Türkiyə münasibətlərində ciddi dəyişikliklər baş verəcək.
Zaxarova nə demək istədi?
Ramil QULİYEV