Pəncşir müqavimət hərəkatının liderlərindən biri Əhməd Məsud taliblərlə münaqişənin həlli variantını axtarır. Bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti xəbər yayıb.
Məsudun müşaviri bildirib ki, müqavimət hərəkatının üzvləri resurs çatışmazlığı və beynəlxalq dəstəyin olmaması səbəbindən kapitulyasiya danışıqlarına başlamaq niyyətindədirlər.
"Hamı Əfqanıstandakı 20 illik müharibədən usanıb, artıq heç kim müqavimət hərəkatına silah göndərmək istəmir. Pəncşir taliblərlə mübarizə apara bilməz, onların qüvvəsi çoxdur. İndi 80-90-cı illər deyil, artıq Talibanın* təcrübəli döyüşçüləri var. Hadisələr açıq-aşkar Pəncşirin əleyhinə dönüş alıb. Məncə, iki-üç ay davam gətirə bilər, sonra qış düşəcək", – deyə mənbə bildirib.
Məsudun müşavirinin sözlərinə görə, təslim olmaq niyyətindədir, ancaq "şərəfini qoruyub saxlamaq istəyir". Onun atasının (Talibanla* uğurla mübarizə aparan Əhməd Şah Məsud - red.) ölkədəki nüfuzunu nəzərə alsaq, Pəncşirin idarəetməsinin itirilməsi taliblərin böyük qələbəsi kimi qiymətləndiriləcək.