Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qərbi Azərbaycanın Körpülü kəndində Sadıq bəyin mülkünü ermənilər necə dağıtdı - 82 yaşlı şahidin sözləri...

Image


“Qərbi Azərbaycanın daş yaddaşı” rubrikasında  Borçalı mahalının Təkəli elinin Yadigarovlar soyunun görkəmli simalarından olan Sadıq bəy Yadigarovun indiki Ermənistanın Noyenberyan (Barana) rayonunun Yuxarı Körpülü kəndində tikdirdiyi mülkündən və o mülkün taleyindən danışacağıq.

Həmsöhbətimiz 1942-ci il təvəllüdlü Əsgər Paşa oğlu Həsənovla Sadıq bəyin mülkünün necə viran edildiyi və burada hansı məqsəd güdüldüyü barədə danışdıq. O bildirdi ki, qayınatası Məhəmməd (bala Məhəmməd)  kişi Sadıq bəyin mülkünün tarixcəsini çox gözəl bilib və bu barədə ona da danışıb. Ə.Paşaoğlunun ehtimallarına görə, Sadıq bəyin yaylaq malikanəsi XIX əsrin ortalarına yaxın tikilib.

  • “Bizim mülkədarların malikanələrini sökdürürdülər, amma gəlmə olan erməni mülkədarlarının mülklərinə toxunmurdular”

Ə.Paşaoğlu təəssüflə qeyd etdi ki, daşnaklarla Şura hökuməti birləşib Azərbaycan türklərinin izini Qərbi Azərbaycandan silməyə çalışıb. Sadıq bəyin mülkünün dağıdılması da bu amala xidmət edib. El ağsaqqalı böyük yanğı ilə bildirdi ki, Qərbi Azərbaycandakı varlı, imkanlı şəxslərə, ağalara, bəylərə, mülkədarlara məxsus mülklər sökülsə də, sonradan bizim ərazilərimizə köçürülən erməni mülkədarlarının evləri, mülkləri sökülməyib, məktəbə, sanatoriyaya və sairə çevrilib. “Yuxarı Körpülü kəndi hazırda Ermənistan ərazisində yerləşsə də, tarixən Borçalı ərazisi olub. Bu kənd qaçağanlı Sadıq bəyin torpaqları olub və o burada özünə yay malikənəsi tikdirib. Sadıq bəyin mülkünün ətrafında çoxlu bulaqlar vardı. Kor bulaq, Qara qayanın bulağı, Çinarın bulağı, Bayramın bulağı və başqa bulaqlar olub. Sadıq bəyin imarəti dillərdə dastan idi. Qayınatam danışırdı ki, Sadıq bəyin mülkünü Şura hökuməti gələndən sonra ermənilər məhv etmək qərarına gəliblər. Maraqlıdır ki, daşnaklar bunu özləri etməyiblər, yerli camaatın əli ilə ediblər. Şərait yaradıblar ki, onun mülkünü elə azərbaycanlılar söksünlər. Bizim kənddən bir nəfər (adını çəkmək istəmirəm, hamı bilir-Ə.P) onun mülkünü söküb özünə ev tikdirdi. Bu hadisə erməni daşnaklarının fitvası ilə oldu. Bizim mülkədarların malikanələrini sökdürürdülər, amma gəlmə olan erməni mülkədarlarının mülklərinə toxunmurdular. Deyim ki, Aramyanskinin Bala Ayrımdakı malikəsinə toxunan olmadı. O, Ləlvərdən öz yay malikənəsinə küp borularla su çəkdirmişdi. Erməni daşnakları camaatı Aramyanskinin evinə toxunmağa qoymasalar da, amma Sadıq bəyin mülkünü sökdürdülər. Çünki razılıq olmadan heç kəs buna cəsarət edə bilməzdi.  Sadıq bəy Yadigarovun mülkünün sökülməsi erməni rəhbərlərin xüsusi planı idi ki, o torpaqlardan Azərbaycan türklərinin izini silsinlər. O mülkü ona görə yox etdilər ki, orada azərbaycanlıların bir yadigarı qalmasın. Yenə də deyirəm, o torpaqlar Sadıq bəyin olub. Bizim bəzi tədqiqatçıların iddia etdiyi kimi, Yuxarı Körpülü Qazaxa baxmayıb, Borçalıya baxıb. Ora Borçalı ağalarının yurdu olub.   

Ermənilər o mülkü sökdürsələr də, özləri daşları aparmadı, mülkün daşını kəndin varlı adamları daşıdılar. Ermənilər daşları aparmasalar da, oradan qiymətli əşyaları aparmamış olmazdılar. Mənim qayınatam Sadıq bəyin mülkünü görmüşdü. Mən ondan eşitdiyimi danışıram. Qayınatam Stalinlə yaşıd idi. Çox biləndər adam idi, qaçaqlıq etmişdi. Bolşeviklər gələndə isə onu partiyaya keçirdilər. Qayınatam Məhəmməd kişi Yuxarı Körpülüdə ikinci kommunist olub. Birinci kommunist Çeçəmən Abbas idi. Qayınatam çox igid adam idi, vergili idi. Onu ilan sancmırdı, ilan yaxınlaşanda nəsə oxuyurdu, ilan sürünüb gedirdi”.

Ə.Paşaoğlu deyir ki, Borçalının ünlü soylarından olan Yadigarovlar gürcü Çarının çox böyük etimad bəslədiyi ailə olub. Yadigarovlara ağalıq titulunu gürcü Çarının verdiyini deyən el ağsaqqalının sözlərinə görə, 1725-27-ci illərdə Yadigarovlar çarın yanında xidmətə başlayıblar.

Ə.Paşaoğlu dedi ki, ermənilər bizim torpaqlara köçürüldükdən sonra azərbaycanlara aid nə varsa hamısını öz adlarına çıxıblar. Dilican dərəsində Mantaşov qardaşlarının mülklərinin ermənilər tərəfindən hər zaman əzizləndiyini deyən müsahibimizin sözlərinə görə, onların mülkləri vərəm sanatoriyası kimi fəaliyyət göstərirdi. Aramyanskinin evinə də “dom otdıx” (İstirahət Evi-red.) deyildiyini deyən müsahibimiz vurğuladı ki, o da qeyri-türk olduğu üçün mülkləri qorunurdu: “Niyə qeyri-azərbaycanlının mülkünə toxunulmurdu, onların izləri itirilmirdi, amma azərbaycanlıların hər şeyi məhv edilirdi? Çünki onlar bu torpaqlarda bizim yadigarlarımızın olmadığını sübut etmək istəyirdilər. Baxın, Sadıq bəyin mülkünün məhv edilməsi də bu məqsədə xidmət edirdi ki, bu torpaqlarda bizim heç bir nişanəmiz qalmasın. Mülk tarixdir, bu tarixi silmək üçün isə belə etdilər. Onun mülkündən heç bir nişanə qalmamışdı. Onun mülkü “9 qardaş çinar” deyilən ərazidə idi”.

Ə.Paşaoğlu qeyd etdi ki, Marneuli rayonunun Kirəc Muğanlı, Qaçağanın yalları, Körpülünün yalı, Qazıoğlu, Yekə yal və başqa yerlər də daxil olmaqla böyük bir ərazisi Sadıq bəy Yadigarovun torpaqları olub.

Əsgər Paşaoğlu bizə qayınatasından eşitdiklərini danışdı, biz də onu qələmə aldıq. Ola bilsin, rəqəmlərdə hansısa uyğunsuzluq olsun. Söhbət ağızdan-ağıza çatdığı üçün bunlar mümkündür. Əsas odur ki, biz  tariximizi unutmuruq…     

 Qərbi Azərbaycan ellərində minlərlə mülklərimiz olub ki, indi onların nişanəsi belə qalmayıb. Erməni daşnakları və rus bolşevikləri birləşib mülklərimizi viran qoyublar…İnanırıq ki, çox yaxın çağlarda elllərimiz geriyə qayıdacaq  və tarixi irsimizi yenidən bərpa edə biləcəyik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ