02/10/2023 09:48
728 x 90

Bakıda daha bir beynəlxalq yarışa start verildi - FOTO

img

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş daha bir yarışa start verilir. 

Bu gün bu məqsədlə Zirə Mədəniyyət Mərkəzi - Eko Parkda Bakıda keçiriləcək “Ironwind” beynəlxalq idman yarışı ilə bağlı  mətbuat konfransı keçirilib.
Yarışda iştirak edəcək idmançılar əvvəlcə Pirallahı rayonunda tədbirin  keçiriləcəyi məkanla tanış olub, onlara məşq etmək üçün şərait yaradılıb, yarış nömrələri verilib.   
Konfransda Azərbaycan Triatlon Federasiyasının (ATF) vitse-prezidenti Rüfət Həsənov, idman direktoru Elvin Məmmədxanov, idmançılar və media nümayəndələri iştirak ediblər. 
Mətbuat konfransı Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videoçarxla başlayıb. 
Tədbirdə çıxış edən  ATF-nin idman direktoru 
Elvin Məmmədxanov Heydər Əliyev ili çərçivəsində keçirilən yarışlardan, həmçinin Ulu Öndərin idmana olan diqqətindən danışıb.
ATF-nin vitse-prezidenti, “Triterra” triatlon klubunun rəhbəri və yarışın direktoru Rüfət Həsənov “Ironwind”in açıq turnir olduğunu diqqətə çatdırıb. Yarışa xarici ölkələrdən qatılan  idmançılara yaradılan şərait barədə danışıb.
“Triterra” klubunun baş məşqçisi Aleksandr Mordasov distansiyalar haqqında informasiya verib. Tədbirdə yarış haqqında geniş məlumat verilib. 
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, Baku City Circuit və “Triterra” klubunun birgə təşkilatçılığı ilə 2023-cü il iyunun 4-də Bakının Pirallahı rayonunda yerləşən Nərəkənd parkında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ironwind” açıq turniri keçiriləcək.
Triatlon turnirində 1,9 km məsafəyə üzmə, 90 km məsafəyə velosiped sürmə və 21,1 km məsafəyə qaçış mərhələsi olacaq. Türkiyə, Rusiya, İran, Böyük Britaniya, ABŞ, Kipr, Xorvatiya, Qazaxıstan, Ukrayna, Belarus və digər ölkələrdən idmançıların qoşulacağı yarışda ümumilikdə 100-dən çox iştirakçı qüvvəsini sınayacaq. Turnir zamanı Nərəkənd parkında aşağı yaş qruplarının da nümayiş üçün dairəvi qaçışı nəzərdə tutulub.
Yarışın qalibləri üçün nəzərdə tutulan pul mükafatlarının məbləği də açıqlanıb. Kişilər və qadınlar arasında 1-ci yerin sahibinə 2000 AZN, 2-ci yeri tutanlara 1000 AZN, finişə 3-cü çatan idmançılara isə 500 AZN, həmçinin sponsorlardan hədiyyələr təqdim olunacaq.
Yarış "PMD", "ALUFAR", "METAK", "NAR MOBILE", "BONAQUA" və  "SMARTSCORING" şirkətlərinin sponsorluğu ilə baş tutacaq.

Peşə etikası

Son xəbərlər