şənbə günü, 12 sentyabr 2026
     

Bakının taksi şirkətlərində xaos gündən-günə dərinləşir - çıxış yolları...

Image


Ölkədə, demək olar ki, bir çox taksi şirkəti tərəfindən müştərilərə göstərilən xidmətin keyfiyyəti günü-gündən aşağı düşür. Belə ki, müştəri ilə kobud rəftar, çağırış yerinə gec gəlmək və yaxud müştərini bir neçə ondəqiqə ilə gözlətmək, pik saatlar olmasa belə özlərindən qiymət artımı kimi hallara yol verildiyi üçün taksi şirkətlərindən şikayətlərin sayı durmadan artır.

Taksi sürücülərinin bəzilərinin vətəndaşlarla ünsiyyət məsələsində problemləri var. Bəzi taksi sürücüləri qadınlara, qızlara qarşı nalayiq ifadələr işlədirlər. Artıq Bakıda qadın sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barəsində qanunauyğun ciddi tədbirlər görülüb. Bu cür hərəkət edənlər arasında inzibati həbs olunanlar da, başqa cür cərimə olunanlar da var.

Eyni zamanda, görülən profilaktik tədbirlərə baxmayaraq, ölkədə narkoman sürücülər sükan arxasında maşın idarə etməkdə davam edirlər. Ən təhlükəlisi də budur ki, onların da əksəriyyəti sərnişin daşıyır. Dəfələrlə hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən edilib. Ümumiyyətlə, taksi sahəsində vəziyyət getdikcə pisləşir.  Ən çox şikayət isə öz məlumat bazasını xaricdə saxlayan taksi şirkətləri ilə bağlıdır.

Bəs görəsən, bu xidmət sektorunda illərdir yığılıb qalan problemlərin aradan qaldırılması üçün nə lazımdır?

  • Eldəniz Cəfərov: “Taksi xidmətindən istifadə edən vətəndaş mənzil başına sağ-salamat çatacağından əmin deyil, bu səbəbdən də…”

Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, bu sahədə son illərdə müəyyən özbaşınalıqlar, xaos hökm sürür: “Çünki müvafiq qurumlar bu sahəni zamanında, doğru-dürüst tənzimləyə bilməyiblər. Sərnişinlərin əsas iki şikayəti var: keyfiyyətin aşağı olması və təhlükəsizlik. Taksi xidmətindən istifadə edən vətəndaş mənzil başına sağ-salamat çatacağından əmin deyil. Bu problemlərin yaranma səbəbləri isə vaxtilə məsələyə ciddi yanaşılmamasıdır. Həmçinin, Azərbaycanda fəaliyyət göstərən taksi operator xidmətləri Azərbaycan qanunlarına hörmət etmirlər, Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı reqlamentini saymırlar.

Sərnişin olan istehlakçıların hüquqlarını müdafiə edən qanun da mövcuddur. Taksi fəaliyyətini tənzimləyən iki qurum da var, bu, AYNA və Bakı Nəqliyyat Agentliyidir.

Qanunverici baza, aidiyyəti qurumlar, resurslar var, ancaq ortada istək mexanizm yoxdur. Buna baxmayaraq, ötən həftədən etibarən bu istəyin də yarandığını az-çox müşahidə edirik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Azərbaycan qanunlarını pozan taksi şirkətlərinə xəbərdarlıq ünvanlayıb. Ümid edirik ki, taksi operator şirkətləri, taksi şirkətləri və fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan şəxslər qaydalara əməl edəcəklər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, pandemiyanın qızğın olduğu, xüsusi karantin rejimi vaxtı dövlət bu sahəyə güzəştə getdi: “Aztəminatlı ailələrin dolanışığı üçün taksi fəaliyyəti ilə məşğul olanlara şərait yaradıldı. Taksi sürücüləri dövlət tərəfindən “sıxılmadılar” ki, hələlik özünüməşğulluq kimi bununla məşğul ola bilsinlər. Amma nəzərə almaq lazımdır ki, karantin dövrü bitib, bu sahədə ciddi islahatların olacağı gözlənilir. Bu sahədə fəaliyyət göstərən şirkətlər öz işlərində tənzimləmə aparıb, Azərbaycan qanunlarına uyğunlaşdırsınlar. İctimai nəqliyyatın vəziyyətinin yaxşı olmaması, marşrut avtobuslarının azlığı, nəqliyyatın sıxlığı, vətəndaşların saatlarla dayanacaqlarda qalması taksi xidmətinə tələbi artırır. Bu zaman isə sürücülərə və avtomobillərə də tələb artır. Nəticədə iqtisadi geriləməyə səbəb olur. Nəzərə almaq lazımdır ki, taksi fəaliyyətində istifadə olunan avtomobillərin əksəriyyəti köhnədir. Ölkəmizə gətirilən bu avtomobillər yararsız, ömrünü başa vurmuş avtomobillərdir. Azərbaycanda bu qədər çox təcrübəli taksi sürücüsü olmadığına görə, gənclər, ümumiyyətlə sürücülük təcrübəsi olmayan, qeyri-peşəkar şəxslər işə cəlb edilir. Bu, bölgələrə, hətta kənd təsərrüfatına da ziyan vurur. Çünki bölgələrdə kənd təsərrüfatı ilə məşğul olmaq istəməyən, qazanc əldə edə bilməyən cavanlar da Bakıya üz tutur, burada bir avtomobil icarəyə götürüb, taksi fəaliyyəti ilə məşğul olurlar. Beləliklə, bölgələr boş və inkişafdan geri qalır. Yaxın zamanlarda bunun vətəndaşın ziyanına olmadan və qiymət siyasətinin liberallığını qorumaqla həll ediləcəyinə ümidliyik. Heç bir halda fiks taksi qiyməti qoyulmamalıdır”.

  • Ərşad Hüseynov: “Aqreqator şirkətlərin üzərinə konkret öhdəliklər qoyulmalı, müəyyən tələblərə cavab verən şəxslərin işə qəbuluna nail olunmalıdır”

Nəqliyyat eksperti Ərşad Hüseynov hesab edir ki,  taksi probleminin nizamlaması istiqamətində dövlətin dəstəyinə ehtiyac var: “Yol hərəkəti qanunvericiliyi ilə bağlı müəyyən hüquqi problemlər var. İlk növbədə həmin hüquqi problemlər həll olunmalıdır. Bundan sonra dövlət nəzarəti qurulmalıdır. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin bu istiqamətdəki tələblərə uyğun olub-olmamasına dövlət orqanı nəzarət etməlidir. Qanunvericilikdə heç nə tənzimlənmədiyinə görə, aqreqatorlara istənilən şəxs heç bir problem olmadan qoşula bilər. Bu məsələ tənzimlənməlidir. Ümumiyyətlə, aqreqator şirkətlərin üzərinə konkret öhdəliklər qoyulmalı, müəyyən tələblərə cavab verən şəxslərin işə qəbuluna nail olunmalıdır. Buna qarşı çıxanlara qarşı  müəyyən tədbirlər görülməlidir. Bundan sonra aqreqatorlar həqiqətən taksi fəaliyyəti ilə məşğul olmaq, halal zəhmətlə pul qazanmaq istəyənləri işə götürəcək”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - görüşmək istəyirsə, Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

11.09.2026 / 11:22
Dipkorpus nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar

11.09.2026 / 11:10
Tərtər sakini Ağdərədə minaya düşdü...

11.09.2026 / 10:56
Aydın Kazımzadə: "Şəfiqə Məmmədovanın sədr olmaq şansı daha böyükdür"

11.09.2026 / 10:22
Tramp İranla müharibənin bitəcəyi tarixi açıqladı və Hörmüzə də öz adını verdi…

11.09.2026 / 09:44
"Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 09:30
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır...

11.09.2026 / 09:13
Ankarada səfirliksiz səfir təyinatı - İsraildən ilginc addım…

11.09.2026 / 09:03
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

11.09.2026 / 08:08
Kanada Ukrayna ilə 100 illik tərəfdaşlıq sizişi imzaladı...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ