10/06/2023 07:53
728 x 90

Azərbaycanda yaxın vaxtlarda suyun qiyməti bahalaşmayacaq...

img

Yaxın vaxtlarda ölkədə suyun qiymətinin bahalaşması gözlənilmir. Trend-in məlumatına görə, bunu Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.

O bildirib ki, bununla bağlı "Azərsu" Tarif Şurasına müraciət etməyib: "Məsələ gündəmdə deyil. Biz Tarif Şurasına bu barədə müraciət etməmişik".

Qeyd edək ki, "Azərsu" ASC-də brifinq keçirilib. Brifinqdə bildirilib ki, sudan israfçılığın qarşısını almaq üçün hazırlanan tədbirlər planına uyğun olaraq hər bir rayon üzrə yaradılan xüsusi qruplar mayın 1-dən fəaliyyətə başlayıb.

Peşə etikası

Son xəbərlər