10/06/2023 21:58
728 x 90

Göygöldə sel adamları belə apardı - VİDEO

img

Göygöl rayonunda sel iki nəfəri aparıb. Trend xəbər verir ki, sel axınına düşərək həlak olan şəxslərin videogörüntüləri yayılıb.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşüb.

Səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxarıb müvafiq ekspertizaya təqdim ediblər. Araşdırmalar davam etdirilir.

Peşə etikası

Son xəbərlər