Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədilə Səbail rayonunda beş küçənin adları dəyişdirilərək şəhidlərin adları verilib.
Bayıl yaşayış massivində yerləşən Buxta küçəsi Nicat Şükürlünün, Badamdar qəsəbəsində yerləşən dörd küçə, o cümlədən Yanardağ küçəsi Bakir Quliyevin, Qədim Qala küçəsi Yusif Budaqovun, Neftçilər küçəsi Cavidan İbrahimlinin, Məktəbli küçəsi Cəmil Məmmədlinin adını daşıyacaq.
MƏTLƏB