Azərbaycanın bölgələrinə xüsusi önəm verən mobil operator “Nar” bu dəfə Cəlilabad Festivalında iştirak etdi. Mobil operator festival iştirakçılarına xüsusi “Nar” çadırında əyləncə ilə yanaşı, mobil nömrə satışı və müştəri xidmətləri imkanı da təqdim etdi.
“Nar” çadırındakı 360 dərəcəli video çəkiliş ziyarətçilərin böyük marağına səbəb oldu. Mobil operatordan nömrə əldə edən, mobil cihazında “Nar+” tətbiqini istifadə edən və “Nar” haqqında suallara doğru cavab verən ziyarətçilər dəyərli hədiyyələrlə mükafatlandırıldı.
Qeyd edək ki, mobil operator “Nar”, həyata keçirdiyi layihələrlə Azərbaycanın bölgələrinə xüsusi diqqət ayırır. Bölgələrdəki yeni konseptli “Nar” mağazaları ilə daha üstün xidmət gətirir, təqaüd və təlim proqramları ilə təhsil imkanlarını genişləndirir və eləcə də yüksək sürətli interneti bölgələr üçün əlçatan edir.
“Nar”ın həyata keçirdiyi layihələr haqqında ətraflı nar.az/projects səhifəsində məlumat əldə edə bilərsiniz.