Bazar ertəsi günü, 09 noyabr 2026
     

Təmiz vicdana çirkin məqsədlər hopdurmaq mümkün deyil

Image


Bildiyimiz kimi, təhsil - öyrənmək, bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər prosesidir. Təhsil təkcə bu amilləri özündə ehtiva etmir, həm də dövlətçilik işinin əsas göstəricilərindən biri kimi diqqət çəkir. Əbəs yerə deyil ki, ümummilli lider Heydər Əliyev «Təhsil millətin gələcəyidir» demişdir. Bu gün bütün təhsil müəssisələrində bu sahənin inkişafına ciddi fikir verilir, təhsilin monumental-milli dəyər kimi tədqiqi yüksək templə aparılır. Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksində də təhsil milli-mənəvi dəyər fonunda təqdir olunur, bu sahəyə xüsusi nəzarət edilir.

Məlumat üçün bildirək ki, dünya şöhrətli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva, general Hakim Abbasov, Xalq artisti Leyla Bədirbəyli və digər tanınmış şəxsiyyətlər 132-134 nömrəli Təhsil Kompleksində təhsil alıblar. Deyildiyi kimi, artıq 160 ildir ki, bu təhsil ocağı sadəcə məktəb deyil, eyni zamanda Bakı şəhərinin “brendi” hesab olunur. Məktəbin tarixinə nəzər salsaq görərik ki, bu tədris müəssisəsi 1863-cü ildə Bakıda ilk dəfə qızlar üçün təlim-tərbiyə müəssisəsi kimi (ilk qızlar məktəbi kimi) təməl qurmuşdur. İllər ötdükcə məktəb öz fəaliyyətini genişləndirmiş, təhsil işində ciddi irəliləyişlər etmişdir.

160 illik tarixi nailiyyətə malik olan 132-134 nömrəli Təhsil Kompleksi Lisey statusuna malikdir, ibtidai və tam orta təhsil, o cümlədən, məktəbəqədər hazırlıq üzrə xidmətlər göstərir, həmçinin, Beynəlxalq Bakalavriat (IB) və 18 illik təcrübə ilə fəaliyyət göstərən Fransız modeli “Ana Məktəb - İcole Maternelle” kimi təhsil proqramları təklif edir.

132-134 nömrəli Təhsil Kompleksi keyfiyyətli və müasir standartlara uyğun tədris prosesi həyata keçirmək üçün milli və beynəlxalq səviyyədə təhsil qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlıdır.

Yeni tipli təhsil müəssisələrinin yaradılması, səmərəli idarəetmə sisteminin qurulması, müasir standartlara uyğun təhsil prosesinin təşkili, innovasiyaların tətbiqi, istedadlı uşaqların təhsili və inkişafı üçün əlverişli təlim şəraitinin qurulması, eləcə də tarixi ənənənin bərpası məqsədilə Təhsil nazirinin 22.09.2010-cu il tarixli 1257 nömrəli əmrinə əsasən Bakı şəhəri 132 nömrəli məktəbin və Beynəlxalq təhsil kompleksinin (134 nömrəli məktəb və 57 nömrəli uşaq bağçası) bazasında “132-134 nömrəli təhsil kompleksi” yaradılmışdır. 2010-cu ildə adıçəkilən təhsil ocağı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidən qurulmuş və 132-134 nömrəli Təhsil Kompleksi adı ilə fəaliyyətini bu gün də uğurla davam etdirir.

132-134 nömrəli Təhsil Kompleksi 1999-cu ildən YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinin (UNESCO Associated Schools Network) üzvüdür. ADA Universiteti nəzdində fəaliyyət göstərən ADA Məktəbinin baza məktəbidir. 132-134 nömrəli Təhsil Kompleksi bir çox Avropa ölkələri, Türkiyə, Rusiya və digər ölkələrin ümumtəhsil müəssisələri ilə qardaşlaşmış məktəblər layihəsi çərçivəsində əməkdaşlıq edir.

132-134 nömrəli Təhsil Kompleksinə təhsilin dövlətçilik işində ümdə rol oynadığını deyən qayğıkeş, tələbkar, təhsili milli-mənəvi dəyərlər fövqünə qaldıran Əməkdar müəllim Sara xanım Xanlarova rəhbərlik edir. Onun rəhbərliyi altında adıçəkilən təhsil kompleksi müasir standartlara cavab verən təhsil bazasına çevrilib, orada istedadlı şagirdlər, belə deyək, cəmiyyətə layiq əsl vətəndaşlar yetişdirilir.

Sara xanım Xanlarova ümummilli lider Heydər Əliyevin təhsil sahəsindəki diqqət və qayğısını yüksək qiymətləndirir. Vurğulayır ki, ümummilli lider Heydər Əliyev təhsilə daim önəm verib, şərəfli, müqəddəs müəllim əməyini yüksək qiymətləndirib. Dahi rəhbər Heydər Əliyevin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir, ölkəmizdə təhsilə və təhsil işçilərinə xüsusi diqqət göstərilir. Müəllimlərin əməkhaqqının artırılması onlara olan qayğının daha bir əyani təzahürüdür. Bu gün təhsilimizin inkişafı istiqamətində uğurlu addımlar atılır. Məktəblərin maddi-texniki bazaları daha da möhkəmləndirilir, müasir tələblərə cavab verən yeni məktəb binaları tikilib istifadəyə verilir, müxtəlif layihələr reallaşdırılır, texnoloji yeniliklər tətbiq edilir.

Sara Xanlarova həmçinin, qeyd edir ki, dövlət başçısının təhsilə dair müvafiq sərəncamları təhsil cameəsində böyük sevinc və ruh yüksəkliyi doğurub və bu, cəmiyyətimizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sənədlərdir. Nə xoş ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın tərəqqisi naminə həyata keçirdikləri tədbirlər xalqımız üçün uğurlu bəhrələrdir və bu da dövlətimizin dünyada nüfuzunun daha da yüksəlməsinə, xüsusi söz sahibi olmasına zəmin yaradır. Bu gün təhsil sahəsində aparılan islahatlar səmərəli nəticələr verir, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” öz əhəmiyyəti ilə diqqət çəkir. İnanıram ki, təhsilə göstərilən diqqət bu sahəyə böyük töhfələr verəcək, müəllimlik peşəsinə maraq ilbəil artacaq.

Sara Xanlarova ötən tədris ilində Təhsil Kompleksində qazanılan nailiyyətlər barədə məlumat verərək bildirir ki, 2018-2019-cu tədris ilində Təhsil Kompleksini 76 şagird bitirib, nəticə etibarilə məzunların 98 faizi qəbul imtahanlarında yüksək bal toplayaraq nüfuzlu universitetlərə qəbul olublar. Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında məzunlarımızdan 10-u 600-dən çox bal toplayıb. Məzunlarımız Azərbaycanla yanaşı, ABŞ, Türkiyə, Böyük Britaniya, Rusiya, İspaniya və Gürcüstanın universitetlərinə qəbul olublar. Onlar müxtəlif ixtisaslar üzrə təhsil alacaq, gələcəkdə ölkəmizin inkişafına töhfə verəcəklər. Xatırladım ki, tədris ilində Təhsil Kompleksinin məzunlarından 3-ü qızıl medala layiq görülüb.

Sara xanım Xanlarova dediyimiz kimi, işinə ciddi yanaşan, tələbkar  müəllimdir. Rəhbərlik etdiyi təhsil kompleksində də məhz özü kimi istedadlı, təhsilə qayğı ilə yanaşan müəllimlərin fəaliyyət göstərməsini daha məqbul hesab edir və bu prosesə ciddi diqqət ayırır. Adıçəkilən tədris ocağında nəticələrin son dərəcə yüksək, sevindirici olması da elə tələbkarlığın bariz ifadəsidir.

Təəssüflər olsun ki, çox vaxt cəmiyyət işində fəallıq göstərən, işinə ciddi yanaşan, peşəsini canından artıq sevən, dövlətçilik işinə töhfə verən insanlar barədə haqsız, yersiz ifadələr işlədilir, onların uğurlu fəaliyyətinə bilərəkdən kölgə salınır. Sara Xanlarovaya qarşı yönəlmiş qara piyarı - kimlərinsə başlatdığı çirkin kampaniyanı da elə bu prosesin bir istiqaməti kimi qələmə verirəm. Sara xanım kimi nüfuzlu bir müəllimin haqqındakı məqaləni oxuyandan sonra hiddət məni boğdu, düşündüm ki, bu qara qüvvələr nə üçün Allahdan qorxmurlar? Sara Xanlarova kimi bir təhsil işçisinə şər-böhtan atmaq, onun haqqında nalayiq sözlər işlətmək ən azından dövlətçiliyə xəyanətdir...

Mən həm də narahat deyiləm. Çünki ağ vərəq ləkə götürmədiyi kimi, təmiz vicdana da çirkin məqsədlər hopdurmaq mümkün deyil. Əminəm ki, Sara Xanlarova haqqında deyilənlər sadəcə, sabun köpüyü kimi, elə havadaca yox olur. Çünki parlaq nüfuza qarşı qara piyarçılıq etməyi heç Allah da xoşlamır. Bu mənada, bütöv cəmiyyət, mənim timsalımda Sara Xanlarovanı tanıyan hər kəs yaxşı bilir ki, o, vicdanlı müəllim, bacarıqlı kadrdır. Onun milli təhsilimizin əsaslı inkişafında rolu az deyil. Sara Xanlarova adi müəllimlikdən Əməkdar müəllim kürsüsünə qədər çətin, mürəkkəb, lakin çox şərəfli yol keçib, alın təri, əl qabarı və ağır zəhmət hesabına bu kateqoriyaya sahib çıxıb.

Sara Xanlarova haqqında təkcə mən yox, rəhbərlik etdiyi təhsil kompleksində övladları təhsil alan valideynlər, məhz onun kimi bir rəhbərin sayəsində təhsilə daha ürəkdən bağlanan şagirdlər də yüksək fikirlər səsləndirir, ondan son dərəcə razılıq edir, müəllim və rəhbər fəaliyyətindən məmnunluqla danışırlar.  Onun təhsilimizin inkişafındakı rolu dövlət və cəmiyyət tərəfindən də yüksək təqdir olunur. Təhsilə töfaə verən insanlar haqda harada uğurlu söz, ifadə işlənirsə, mütləq Sara Xanlarovanın da adı çəkilir, ona ehtiram göstərilir.

Çox sevindirici haldır ki, bu gün cəmiyyətimizdə Sara Xanlarova kimi müəllimlərimiz var.

Eldar Həsənli
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ