Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bakıda gündəlik kirayə evlər əsasən əxlaqsızlıq yuvalarına çevrilməyə başlayıb...

Image


Hər kəsə məlumdur ki, Bakıda fəaliyyət göstərən otellərin gecəlik qiymətləri heç də ucuz deyil. Bir gecəlik otellərdə gecələmək üçün ən azı 80-100 manat ödəmək lazım gəlir. Bu isə kifayət qədər yüksək qiymətdir.

Bu səbəbdən də insanlar gündəlik kirayə verilən evlərə üz tutmağa məcbur olur. Araşdırmalar zamanı məlum olub ki, son zamanlar kirayə mənzillərə təlabat artıb. Gündəlik kirayə mənzillərə tək xarici ölkələrdən gələn turistlər deyil, eyni zamanda, müəyyən bir iş üçün paytaxta gələn yerli vətəndaşlar da üz tutur. Məlumata görə, gündəlik kirayə mənzillərə əsasən əxlaqsızlıqla məşğul olanlar müraciət edir. Çünki otellərdə qalmaq üçün şəxsiyyət vəsiqəsi tələb olunduğundan, bəzi şəxslər bu cür evlərə üstünlük verir. Qeyd etdiyimiz kimi, bu evlərin qiyməti heç də ucuz deyil. Belə ki, bir günlük kirayə evlərin qiyməti 20-60 manat arasında dəyişir. Apardığımız araşdırma zamanı məlum oldu ki, gündəlik kirayə evlərə tələbat yüksəkdir. Maklerlər bildirir ki, bir günlük kirayə evlər  ay ərzində cəmi 3-5 gün boş olur.

Maraqlıdır, bu cür evlərdə təhlükəsizlik necə təmin olunur və gündəlik kirayə evlərin nə kimi risqləri var?

  • Fatimə Hacıbəyli: “Əxlaqsızlıq yuvası kimi istifadə edilən şəxsi evlərdə insan alveri qurbanlarının da cinsi istismar olunması istisna deyil”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, mətbuatda, internetdə günlük, saatlıq, həftəlik ev kirayəsi ilə bağlı elanlara son vaxtlar tez-tez rast gəlinir. Bu onu göstərir ki, bu cür evlərə tələbat var: “Ailəsinin, yaxud özünün Bakıda yaşaması üçün ev kirayələyən şəxs, təbii ki, uzun müddətlik ev kirayə edir.  Çox nadir hallarda Bakıya iş üçün bir-iki günlük gələn şəxslər olur ki, onlar da çox vaxt qohum-əqrabanın evində qonaq qalır, yaxud otellərdə yer sifariş edirlər. Bir neçə saata, bir-iki günlük ev kirayələyənlərin çoxunun məqsədi orada əxlaqsızlıq yuvası təşkil etmək olur. Qiymətlərdən də görünür ki, bir saatlıq, yaxud da bir-iki günlük ev kirayələyənlər bunun üçün heç də az məbləğ ödəmirlər. Belə kirayə evlərin bir günlük haqqı 20-50 manat təşkil edir. Həmin evləri kirayə götürənlərin məqsədi çox vaxt  əxlaqsızlıq yuvası saxlamaq olduğundan və onlar bundan çox gəlir əldə etdiklərindən həmin evlərə bu qədər məbləğ ödəməyə də razı olurlar”.

Həmsöhbətimiz hesab edir ki, əxlaqsızlıq yuvası kimi istifadə edilən şəxsi evlərdə insan alveri qurbanlarının da cinsi istismar olunması istisna deyil: "Belə evlərə, ola bilər ki, müştərinin istəyinə uyğun olaraq, onun sifarişi əsasında insan alveri qurbanları olan cinsi istismar edilən qadınlar aparılsın. Yaxud da şəxslər ancaq evin pulunu ödəsin, öz cinsi partnyorlarını o evlərə aparsınlar. Hər iki halda ev əxlaqsızlıq yuvası olduğundan, fahişəliyə cəlb etmə cinayət məsuliyyəti yaradır”.

  • Hüseyn Axundov: “Kirayə müqaviləsi varsa, evin sahibinin məsuliyyətə cəlb olunma ehtimalı az olacaq”

Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, günlük kirayə evlərə hər zaman tələbat olub: “Rayondan iş üçün gələn şəxs gecə qalmağa yeri olmadığı üçün həmin evlərdə qalır. Ancaq həmin evlərdən daha çox başqa məqsədlə istifadə olunur. Yəni otelə getmək istəməyən şəxs bu cür evlərə müraciət edir. Nəticədə əxlaqsızlıq yayılır və ev sahibləri də buna şərait yaradır. Bununla bağlı qanunvericilikdə müəyyən cəza də nəzərdə tutulub. Belə ki, həmin mənzildə əxlaqsızlığı kirayəçi təşkil edibsə və mənzil sahibinin bu işdən xəbəri yoxdursa, yəni əlbirliyi yoxdursa heç bir məsuliyyət daşımır. Kirayə müqaviləsi varsa, evin sahibinin məsuliyyətə cəlb olunma ehtimalı az olacaq”.

  • Niyazi Əliyev: “Gündəlik kirayə işində müəyyən təhlükələr var”

Daşınmaz əmlak sahəsi üzrə ekspert Niyazi Əliyev  bizimlə söhbətində bildirdi ki, günlük kirayə mənzil bazarına tələbat son zamanlar artıb: “Bunun səbəbi müxtəlifdir. İnsanlar rahat və heç kimlə rastlaşmadan gündəlik yaşamaq üçün bu cür evlərə üstünlük verir. Onu da nəzərə almaq lazımdır ki, gündəlik kirayə mənzil bazarında vəziyyət hər zaman aktiv olaraq qalıb”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, gündəlik kirayə işində müəyyən təhlükələr və risqlər də var: “Hər şey qanuni formada olmalıdır. Vətəndaş evini gündəlik və ya aylıq kirayə verirsə, bütün risqi üzərindən atmaq üçün rəsmi notarial müqavilə bağlamalı və  evdə qalanların şəxsiyyət vəsiqəsinin surətini götürməlidir. Kirayəverənlərin ucbatından evdə hər hansı problem, hadisə baş verməyibsə, onlar orada baş verən heç bir hadisəyə görə məsuliyyət daşımırlar”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ