Bazar ertəsi günü, 09 noyabr 2026
     

“Novostroyka”larda AĞA kimdir: sakinlər, yoxsa MTK-lar? - Mətləb Salahov yazır

Image


Yeni tikili, yeni arzular, rahat həyat... Vaxtilə sovet dövründə “stalinka”lar, “xruşşovka”lar, daha sonralar “Kiyev”, “Minsk”, “Leninqrad” layihəli yaşayış evləri sovet adamları üçün əsl rahatlıq və bir qədər də əlçatmaz görünərdi. Şəhərlərin şəhər olan vaxtında şəhər əhli öz dörd divar mənzilləri ilə öyünərdi.

Vaxt keçdi, zaman tamam dəyişdi və bu gün şəhərlərdə yeni tikililər, el dilində desək, “novostroykalar” ən prestij yaşayış binası sayılır. Məsələn, şəhərdə yaşayasan, “novostroykada” yaşamayasan, bir az qəribə baxırlar adama. Zamanla ayaqlaşmayan insanlar kimi görünürsən. Yeni tikililər olduqca geniş olduğu üçün bir müddət köhnə sovet evlərinin nüfuzunu da, qiymətini də tamamilə “öldürmüşdülər”. Amma.. əmmasını bir qədər sonra açıqlayacam sizə.

Köhnə sovet evlərindən fərqli olaraq, bu “novostroykalar”da qonum-qonşu, dost-aşna anlayışı yoxdur. Sanki hərəni bir yerdən yığıb doldurublar bu göydələnlərə. Qonşu qonşunun, adını bilmək, salam vermək bir yana, heç üzündən tanımır. Sovet evlərində ata-babası qonşu olanlar, məhəllədə çoxdan yaşayan yerli sakinlər kimin kim olduğunu, hansı mərtəbədə yaşadığını, əslini-nəslini tanıyırdılar. Yad insanlar məhəllədə dolaşanda hər kəsin diqqətini cəlb edərdi. İndiki yeni tikililərdə bu fakt çoxdan önəmini itirib. İndi “novostroykalar”da hərə bir-iki il yaşayıb dərhal da yaşayış yerini dəyişir. Bir adam bir neçə bina dəyişir. Amma qabaq bir nəsil bütöv bir dövrdə yaşayardı bir binada. Hə, gələk yuxarıdakı ƏMMAYA....

Məsələ ondadır ki, yeni tikililər meydana gələn vaxtlar camaat daha rahat yaşamaq üçün köhnə evləri gözdən çıxarıb köçürdü bu evlərə. İlk vaxtlar kooperativ formasında tikilirdi bu evlər, sonra MTK-lar meydana gəldi. Amma dəhşətli günlər də elə həmin bu MTK-ların “doğulması” ilə başladı. Sovet evlərinə JEK-lər nəzarət edirsə, yeni tikililər  MTK-ların qaydasız qazanc mənbəyinə çevrildi. Nə oyunlar açmadılar yazıq camaatın başına? Indi daha dəhşətli oyunlar açırlar sakinlərin başına. Binanın tikintisi ilə məşğul olmalı olan bu MTK-lar sonradan binanın idarəçiliyini də ələ keçirib, hər kvadrat metrə görə astronomik aylıq ödəniş təyin edirlər. Lift pulu, zibil yığışdırmaq pulu adı ilə on qat pul yığılır sakinlərdən. Məhz elə bu amillərə görə indi camaat beş əlli yapışıb köhnə sovet evlərindən. Təsadüfi deyil ki, indi Bakıda köhnə sovet evləri “novostroykalar”dan qat-qat bahadır.
Yeni tikililərdə mənzilə çıxarış almaq zamanı gələndə məlum olur ki, müqavilədə göstərilən kvadrat metrdən azı 7-8 kvadrat kəsilib atılır. Halbuki, həmin 7-8 kvadrat metrin pulunu MTK-lar əkişdiriblər, heç bir məsuliyyət də daşımırlar. Bütün MTK-larda bu o qədər adi hal alıb ki, sanki elə belə də olmalı imiş. Bəs bu MTK-ların qanunsuzluqları barədə bir tədbir görülürmü, soruşulurmu ki, vətəndaşın alın təri ilə qazandığı pulları cibinə qoyanda müqavilədəki şərtlərə niyə əməl etmirsən?-inanan daşa dönsün!
Yeni aldığın suvaqsız evini təmir etmək istəyirsənsə “sayğac pulu” və təmir üçün tikinti materialını yuxarı mərtəbəyə qaldırmağa görə istifadə olunan kustar yük qaldırıcıya görə əlavə pul ödəməlisən. Azı 2000-3000 manat civarında! Halbuki, artıq neçə ildir qaz sayğaclarının quraşdırılması dövlətin hesabına həyata keçirilir. Balaca “luqotka” deyilən yükqaldırıcı üçün 1500 manat almaq hansı dinə, hansı insanlığa sığır? Hələ ən dəhşətlisi bilirsiniz nədir? Səninlə heç bir xidmət müqaviləsi bağlamadan hər otaq başına 30-40 manat “xidmət haqqı” alırlar. Dəhşətlisi budur ki, bu “xidmət haqqı” sən evini təmir etməsən də, o evdə yaşayış olmasa da səndən tələb olunur. Mən evimdə yaşamıram, təmir etməmişəm, HANSI “XİDMƏT HAQQI” ÖDƏYİM????

Hələ mən sağlamlıq üçün ölümcül təhlükə sayılan, löhmələrdən, heç bir standarta uyğun gəlməyən yerlərdən götürülən yararsız suyun “bəh-bəhlə” əhaliyə verilməsini demirəm. Xlorlu, bulanıq, mədə-bağırsaq üçün ölümcül virus anbarı sayılan çirkli su təmiz su adı ilə əhaliyə sırıdılır. Əvəzində təmiz suyun pulu alınır. Bəs NƏZARƏT??? Əsl bərbad bir yaşayış və xidmət sistemi. Tam bir barbarlıq. Heç bir şəhər mədəniyyətinə uyöun olmayan xaotik, özfəaliyyət dərnəyinə bərabər işlər gedir yeni tikililərdə. Heç cür anlamaq olmur ki, bu MTK-ların vəzifəsi binaları tikib təhvil verməkdən ibarətdirsə, bu yeni binaları cənginə keçirib cəngəllik “qanunları” ilə idarə etməyə kim ixtiyar verib bunlara? Bu yeni tikililərin işbazların, qanunsuz MTK-ların cəngindən xilas edilib dövlətin nəzarətinə keçməsinin zamanı gəlmədimi? Bir ara təmirsiz yeni tikililərdə bir mənzilin bir neçə vətəndaşa satılması adi hal almışdı. Hətta son günlərdə də belə cinayət işlərinin arada-sırada baş verməsi barədə mətbuatda məlumatlar dərc olunur. Və sonda tək məntiq budur: yeni tikililərin dövlətin idarəçiliyi altında keçməsi olduqca vacibdir. “Novostroykalar”dakı xaos və rəzalət böyüyüb ciddi sosial partlayışa çevrilməmiş...

Mətləb Salahov



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ