Bazar günü günü, 13 sentyabr 2026
     

Xətaidə şəhid Milli Qəhrəman İlqar Mirzəyevin 50 illik yubileyi qeyd edildi - FOTO

Image


Mayın 8-də Xətai rayonunda  Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirildi.

Əvvəlcə  Xətai Rayon İcra Hakimiyyətinin başçısı  Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının  sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları İkinci Fəxri xiyabanda  polkovnik İlqar Mirzəyevin  məzarını ziyarət edərək, önünə əklil və gül dəstələri qoydular.

Hərbi orkestrin ifasında  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü  və xalqımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla  yad edildi.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev polkovnik  İlqar Mirzəyevin şərəfli həyat yolundan , onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıqdan  söz açdı. Bildirdi ki, hər bir xalqın taleyində qəhrəmanlar var. Tarixi şəraitdən asılı olaraq Vətən, millət qarşısında taleyüklü məsələlərin həllində xüsusi rol oynayan şəxsiyyətlər, cəsarətli insanlar öz xalqının tarixinə qəhrəman kimi düşürlər. Onların adı ölkələrinin adı ilə qoşa çəkilir. Belə igidlərdən biri də qəhrəmanlıq simvolu kimi tanınan və hər bir azərbaycanlı üçün qürur mənbəyi olan İlqar Mirzəyevdir.

Polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olub. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun komandir müavini, general-mayor Polad Həşimov, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və əsgər Elçin Mustafazadə də şəhid olublar.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən, İlqar Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalmış, Azərbaycan gəncliyinə örnək nümunəsi, hərb tariximizin ləyaqətli siması, öz məğrurluğu, hünəri ilə adı Azərbaycan tarixinə əbədi yazılan Azərbaycanın Milli Qəhrəmanı, polkovnik  İlqar Mirzəyevin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qeyd etdi ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Həmin döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızı işğalçılardan təmizlədi. Düşmənə sarsıdıcı zərbə vuran Ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Qəhrəman əsgər və zabitlərimiz onların qisasını döyüş meydanında alaraq Qələbə qazandılar, xalqımıza böyük sevinc və qürur hissi yaşatdılar. Bu Qələbəni bizə bəxş edən əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların şücaəti və fədakarlığı isə artıq dastana çevrilib. Hazırda şəhid ailələri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar.

Vüqar Rəhimzadə İlqar Mirzəyevdən danışarkən onu da xüsusilə qeyd etdi ki, o, bir döyüşçü kimi Azərbaycan artilleriya tarixində danılmaz şücaətlər göstərib.  Məhz buna görə Aprel döyüşlərindən sonra döyüşçü dostları ona “Artilleriyanın atası” təxəllüsünü vermişdilər.  Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər birimizin müqəddəs borcumuzdur.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisinin vəzifəsini icra edən  polkovnik Elşad Əbilov  vurğuladı  ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərimiz bütün dünyaya səs saldı. Bu şanlı Qələbənin carçıları olan müzəffər Ordumuza etimadın yüksəldiyi Aprel, Günnüt və Tovuz əməliyyatlarını unutmaq olmaz. Çünki məhz həmin döyüşlərdəki qələbələrimiz xalqımızı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə ruhlandırdı. Xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşib haqq savaşına qalxdı. Qüdrətli Sərkərdənin "Dəmir yumruq" əməliyyatı ilə Azərbaycan Ordusu 30 illik Qarabağ həsrətinə son qoydu. Tovuz döyüşlərindən təxminən iki ay sonra başlayan Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə qadirdir.

Daha sonra tədbirdə şəhid İlqar Mirzəyevin ailə üzvləri çıxış edərək Milli Qəhrəmanla bağlı xatirələrini bölüşdülər, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Daha sonra  tədbir iştirakçıları Xətai rayonunda Milli Qəhrəman İlqar  Mirzəyev adına  98 nömrəli məktəbdə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyevin   doğum gününə ehtiram əlaməti olaraq keçirilən ağacəkmə aksiyasında  50 ədəd şam ağacı əkdilər.

İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Milli Qəhrəmana, Vətənə  həsr olunmuş  şeirlər  səsləndi, ədəbi-bədii kompozisiya nümayiş  olundu.

Şəhid Milli Qəhrəmanın anası Gülnar Mirzəyeva  oğlunun xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə, qədirbilən xalqımıza minnətdarlığını bildirdi.

Tədbir “Qurban olum, Azərbaycan” mahnısının sədaları altında  sona çatdı.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ