“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” təşkilatının sədri Lamiyə İsazadənin bayram günlərində xeyriyyə aksiyaları təşkil edərək aztəminatlı, ehtiyaclı ailələrə yardım etməsi hər kəsə məlumdur.
Bu dəfə isə əvvəlki aksiyalaradan fərqli olaraq QHT sədri Gəncə şəhərində kirayədə yaşayan çox ehtiyaclı ana və iki uşağı üçün aksiya təşkil etdi. Həmin uşaqların ataları yoxdur, anaları isə bir neçə xəstəlikdən əziyyət çəkir. Nəfəs almaqda çətinlik çəkir və çətinliklə yeriyir. Ailənin heç bir yerdən gəliri yoxdur. Uşaqların biri 7-ci, digəri isə 6-cı sinifdə oxuyur. Ehtiyac içində yaşamalarına baxmayaq hər iki uşaq məktəbdə əla qiymətlərlə oxuyur, məktəbin ən yaxşı oxuyan şagirdləridir. Uşaqların analarının təcili əməliyyata ehtiyacı var. Əks təqdirdə həyatını itirmək təhlükəsi böyükdür. QHT sədri aksiya təşkil edərək xeyriyyəçi insanlarla birlikdə millət vəkillərini də bu aksiyaya cəlb edib. Lamiyə İsazadə bu aksiyada ailəyə dəstək olan İcra Hakimiyyəti və Səhiyyə nümayəndələrini ailənin problemləri ilə yaxından tanış olmağa cəlb edən Gəncənin millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə xüsusi təşəkkür edib. Eyni zamanda Gəncənin millət vəkili Pərvin Kərimzadə, Tərtərin millət vəkili Sahib Alıyev, Bakı-xəbər qəzetinin baş redaktoru Aydın Quliyev və digər xeyriyyəçi insanlar də ailəyə maddi dəstək göstəriblər. QHT sədri bu aksiyada onun yanında olan hər kəsə təşəkkür edib və toplanan vəsaiti ailənin yaşadığı evə gedərək onlara təqdim edib. L.İsazadə onu da qeyd edib ki: “bu ailəyə davamlı olaraq dəstək lazımdır. Çünki, orada gələcəyimiz olan iki savadlı, ağıllı, tərbiyəli, çalışqan övladlar yetişir.” Qurum rəhbəri hər kəsi bu ailəyə dəstək olmağa çağırıb. Ailəyə dəstək olmaq istəyən şəxslər bu nömrə ilə əlaqə saxlaya bilər. (050) 545-32-87 Namiq QULİYEV