Bazar ertəsi günü, 09 noyabr 2026
     

Məscidlərdə imamlıq müsabiqəsinin şəffaflıq problemi necə həll olunacaq...

Image


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edir. Müsabiqəyə 19 məscid təqdim edilib.

Bunlar Səbail rayonu İçərişəhər "Cümə" məscidi (imam müavini), Binəqədi rayonu "Heydər" məscidi (qadın dini ayinlərin icraçısı), Nərimanov rayonu "Cümə" məscidi (imam müavini), Nəsimi rayonu "Hacı Əjdərbəy" məscidi (qadın dini ayinlərin icraçısı), Nəsimi rayonu "Məşədi Dadaş" məscidi (imam müavini), Yasamal rayonu "Təzəpir" məscidi (qadın dini ayinlərin icraçısı), Qaradağ rayonu Lökbatan qəsəbəsi "Rəsulullah" məscidi (imam müavini), Qaradağ rayonu Qobustan qəsəbəsi "Şamlı" məscidi (imam müavini), Şəmkir şəhəri "Cümə" məscidi (imam), Şəmkir şəhəri Çinarlı qəsəbəsi "Hacı Xədicə" məscidi (imam müavini), Şirvan şəhəri "Zeynalabidin" məscidi (imam), Bərdə şəhəri "Cümə" məscidi (qadın dini ayinlərin icraçısı), Lənkəran şəhəri Böyük Bazar "Cümə" məscidi (qadın dini ayinlərin icraçısı), Astara rayonu Kijəbə qəsəbəsi "Lovayın" məscidi (imam müavini), Quba rayonu Zərdabi qəsəbə məscidi (imam müavini), Xaçmaz şəhəri "Təzə şəhər" məscidi ( imam müavini), İmişli şəhəri "Cümə" məscidi (imam), Gəncə şəhəri "Şah Abbas" məscidi (qadın dini ayinlərin icraçısı),  Gədəbəy rayonu Yeni yaşayış massivi "İlyas Həsənoğlu" məscidir (imam müavini).

Müsabiqə necə, hansı prosedurla həyata keçirilir? Şəffaflıq necə təmin olunur?

  • “Bu, dini kadrların saf-çürük olunması və təyinatdan sonra nəzarətdə saxlanılması yolunda öz effektini tezliklə verəcək”

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu istiqamətdə görülən işlər müsabiqənin şəffalığına şübhə yeri qoymur: “Əvvəlki dövrlərdə bu sahə ilə məşğul olan qurumların, təşkilatların iş üsuluna nəzər salsaq və analiz etsək belə qənaətə gələ bilərik ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi müsabiqələrdə tətbiq edilən üsullar ən peşəkar, ən mükəmməl üsullardır. Mən qurumun təqdim etdiyi müsabiqə şərtləri ilə tanışam və orada çox mühüm məsələlər nəzərə alınıb. Orada iddiaçıların bilikləri, dünya görüşləri, dövlətçiliyimiz, qanunlarımız haqda bilgiləri yoxlanacaq, test ediləcək. Burada eyni zamanda “Qurani-Kərim”in düzgün şəkildə oxunması və başqa məsələlər də imtahanda soruşulacaq. Həmçinin də bu vəzifələri tutmaq istəyən şəxslərin özlərinin də əlaqədar qurumlar tərəfindən araşdırılması müsbət haldır ki, onların kimliyi bizə məlum olsun. Bütün bunlarla yanaşı burada bir boşluq var, bu da ondan ibarətdir ki, Dini Komitə mövcud olan kadrların içindən yaxşısını və yararlısını seçməyə məcburdur. Yəni olanların içindən yaxşısını seçir. Amma olmayan yerdə Komitənin təyin etdiyi adamlar yaxşıdır. İllər boyu ki, dini ibadət yerlərinə təyinatlar Dini Komitənin səlahiyyətində olmayıb, o zamanlar QMİ İrana, dünyanın başqa ölkələrinə dini təhsil almaq adı ilə getmək istəyən hər kəsin əlinə kağız verib oxumağa göndərib. Baxmayıb ki, bu vəhabidir, o biri İrançıdır, kim müraciət edib “yox” deyilməyib. QMİ bunları edib. O qədər çirkabın, siyasiləşmiş şiəliyə və başqa məhzəblərə qulluq edən adamların içindən saf, vətənpərvər, millətinə, dövlətinə bağlı, savadlı adam tapıb çıxarmaq və onu vəzifəyə təyin etmək böyük hünər tələb edir. Dini Komitə də bunu çox yaxşı bilir, görür. Mən indiyə qədər Dini Komitənin təyin etdiyi şəxslər arasında mənfi obraza malik olan birisini görməmişəm. Dini Komitə bu məsələyə ciddi önəm verir. Mənim din sahəsində kifayət qədər fəaliyyətim olub, QMİ-də, Bakı İslam Universitetində işləmişəm, bir neçə il də məktəblərdə tədrislə məşğul olmuşam, bu kadrların çoxu ilə də tanışlığım var, aralarında tələbələrim də var. Elə bu günlərdə “Məşədi Dadaş” məscidinə təyin edilən Əli Şərbətov da müəllim yoldaşım olub, çox milli ruhlu adamdır. Təxminən 10 ildir ki, onu görmürəm, hər bir halda dəyişmiş olmaz. Liviyada oxuyub, savadlı insandır, Bakı İslam Universitetini də bitirib, orada bir yerdə müəllim işləmişik. Hesab edirəm ki, elə o cür məhzəbçilik nifaqından uzaq adamlar təyin olunsa daha gözəl olar. Hələ ki, Dini Komitənin bu sahədə gördüyü işlərdən razıyam. Çünki onlardan bundan artığını tələb etmək olmaz. Uzun illər bu sahədə İrançılığın təbliğatı gedib, yararsız kadrlar meydanda olub. Dini Komitə 30 ildən sonra şəffaf, saf işlər görür, mövcud kadrları saf-çürük edir, imtahan keçirir, bu böyük işdir. Əvvəllər belə idi ki, 3-4 min pulu aparıb QMİ-də bir Əlirza müəllim vardı ona verirdilər, axund olmaq istəyən adamlar da mütləq İranda, Qumda təhsil alanlar olmalı idi. Mən o axundları tanıyıram. Ya QMİ sədrinə Ocaqnejati zəng vurub deyirdi, ya da bu işlə kadrlar şöbəsi məşğul olurdu. Çünki İrana bağlı adamların pulu da olurdu. Onlara dolayı yolla pul verirdilər, onlar pul verib axund düzəldirdilər. İrana da bu lazım idi. Bu səbəbdən o axundlar İrançılar idi, bəziləri də həbs olunub. Onların hamısının təyinatını QMİ vermişdi. QMİ-də imtahan yox idi, yalnız İrançılıq əsasında təyinat olurdu. Mən şəxsən adam tanıyıram ki, çox ziyalıdır, savadlıdır, İrana əks olduğu və İranı təqlid etmədiyi üçün QMİ heç bir məsciddə ona iş vermədi. Özünə dedilər ki, sən İrançı deyilsən. Təsəvvür edin ki, bütün bunlardan sonra o sərhəddləri aşmaq, o zəncirləri qırmaq, müsabiqə elan etmək, normal, şəffaf imtahan  keçirmək, orada insanları hər tərəfli yoxlamaq, araşdırmaq, təyin etmək Dini Komitə ilə yanaşı dövlətimizin böyük uğurudur” - deyə T.İrfan qeyd etdi.

T.İrfan hesab edir ki, imtahan prosesinin bu şəkildə keçirilməsi və təyinatların bu cür olması dövlət siyasətinin uğurudur. O, “bu dini kadrların saf-çürük olunması və təyinatdan sonra nəzarətdə saxlanılması yolunda öz effektini tezliklə verəcək. Bizim İlahiyyat İnstitutumuz, orada oxuyan milli kadrlarımız var. Öz kadrlarımız formalaşır və bundan sonra heç xaricdə oxuyanlara ehtiyac qalmayacaq. Xaricdə oxuyanların da hamısını qaralamaq olmaz, onların arasında da vətənpərvər olanlar, dövlət maraqlarına xidmət edənlər var” - deyə bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ